Warning: explode(): Empty delimiter in /home/biteptes/public_html/ayazgahramanov/libs/core.php on line 207
Ayaz Gahramanov

Ayaz Gahramanov

Kitab

Ön söz
 
     Bu kitabda vaxtilə bölgənin təhsil sistemində böyük rol oynamış, müəllimlik peşəsinin bütün incəliklinə bələd olan  bir ziyalıdan, insan kimi özündə ən  yaxşı keyfiyyətləri cəmləyən  bir şəxsiyyətdən bəhs olunur.
Bu kitab indiyəcən alışdığımız, bədii məziyyətlərinə aludə olduğumuz, kəskin süjetli, həm də yazı üslubu ilə diqqət çəkən qalın, cild-cild roman, ya povestlərdən də deyil. İndi çoxumuzun müxtəlif saytlarda bol-bol rast gəldiyimiz qurama kompüter yaradıcılığından da çox-çox uzaqdır. Amma, bu kitabı vərəqlədikcə, özünüz də başa düşəcəksiniz ki, bu kitabın qəhrəmanı – Alı Cəfər oğlu  Qəhrə­manovun ömür  yolu, onun ailəsinin yaşadığı günlər və aylar, az qala 60 ilin möhnəti, sıxıntısı neçə-neçə kitaba mövzu, filmlərə süjet, ən başlıcası isə bərkdən-boşdan çıxmamış, eləcə həyata, dünyanın gərdişinə yalnız çəhrayı pərdə arxasından baxmağa öyrəşmiş gənc nəslə layiqli örnək ola bilər...

     Alı Qəhrə­manov xarakterindəki o mətinlik, əyilməzlik, inad və sözün əsl mənasında Mübarizlik Alı müəllimin şəcərəsindən, kökündən, təkcə Şəmkirdə deyil, o bölgədə yaxşı tanınan,  xətir-hörməti uca tutulan dədə-baba nəslindən gəlir.
Alı Qəhrəmanovun babası Məşədi Qəhrəman və atası Cəfər kişi təkcə Şəmkirin Keçili kəndində deyil, bütün Gəncə bölgəsində seçilib-sayılan ağsaqqallardan, sahibkarlardan biri olub. Ancaq, öz zəhmətləri bahasına qazanılan var-dövlət onların başına nəsilli-köklü bəla gətirib. Qəhrəmanovlar ailəsi heç bir vaxt istər çar, istər Şura hökumətinin ziddinə getməsələr də, siyasi baxışlarına görə dövlətin qara siyahısına düşənlərdən idi. Ailələri başsız, anaları gözü yaşlı, uşaqları atasız, bütöv nəsillərin belə sinəsinə dağ çəkən NKVD və bu bədnam qurumun yerlərdəki “üçlükləri” Məşədi Qəhrəman nəslinə, bu nəsldən törəmələrə illər boyunca qənim kəsilib, onları göz açmağa qoymayıb, heç bir taqsır-günahları olmadan onları ilk öncə Çar üsul idarəsi tərəfindən sonra isə Sovet höküməti tərəfindən Musavatçı kimi Vətəndən  uzaqlara – sürgünə göndəriblər...
     XX əsrin tufanlı-qasırğalı, xalq arasında deyildiyi kimi, “kəshakəs” illəri millətimizə çox ağır oturub. Ta uşaqlıqdan üzü bəri, yaşadığı ayların, günlərin belə “tərcümeyi-halını” Alı müəllim öz “Gündəliyində”, istedadı yetərincə olan qələm sahibi, yetkin ziyalı, iti müşahidəyə malik bir seyrçi kimi təsvir edir. (Onu da qeyd etmək yerinə düşərdi ki, o illərdə öz yurd-yuvasından ayrı düşən, yad ellərdə sürgün həyatı yaşamağa məcbur olan soydaşlarımızın başına gələnlər  lazımınca bu vaxta qədər nə bədii, nə də sənədli filmlərdə öz əksini tapmayıb.
 
...Alı müəllim ömrü boyu – peşələr içərisində ən şərəfli saydığı – müəllimliklə, sözün əsl mənasında gənc nəslin  təlim-tərbiyəsi ilə məşğul olub.
Əbəs yerə deyil ki, xalqımızın milli təfəkküründə “müəllim” adı hər zaman uca tutulmuş, mənəvi saflıq rəmzi sayılmışdır.
Onu demək vacibdir ki, bu günkü vəzifəsindən, ad-sanından asılı olmayaraq, bir vaxt şagirdi olmuş insanlar qazandığı biliklərə, cəmiyyətdə tutduqları mövqelərinə və ümumiyyətlə bir şəxsiyyət kimi yetişib-tanınmaqlarına görə öz müəllimlərinə – Alı müəllim Qəhrəmanova  borcludurlar.
 
Yaddaşda yaralı izlər...
 
     1805-ciil “Kürəkçay”, 1813-cü il “Gülüstan” müqavilələrindən əvvəl də, sonralar da rus imperiyası tərəfindən günü bu günə qədər davam edən işğalçılıq siyasətinə qarşı Azərbaycan xalqı zaman-zaman mübarizə aparıb. Yaxşı bir söz var – tarixdəki yalanları hər dəfə israrla desən, – baxdın ki, bir müddətdən sonra o yalanı kütlə həqiqət sanacaq. Bəzən həmin mübarizənin məqsəd və məramıda xalqdan gizlədilib, bilərəkdən təhrif olunub... Xalq isə ölüm-dirimləüz-üzə dayanıb, qırılıb-çatılıb... Yüzlərlə, minlərlə  azərbay­can türkü qətlə yetirilib. Yurd-yuvaları yerlə-yeksanolub. Azər­i türklərinə Peterburq və Kreml səviy­yəsində divan tutulub. Köçürülmələr, repressiyalar, ölümdən betər sür­günlər... Xalqın başı daha nələr çəkməyib?!
     Həmin günləri öz gözüylə görənlərin çoxusu dünyadan köçsə də, yaddaşın tarixi nəsldən-nəslə ötürülür, sanki daşın-torpağın tərkinə yazılır. Vaxtı gələndə tarix torpaqdan cücərir, baş qaldırır, boy atır, özünü tanıtdırır. Bəli, yurd yerinin, soyumuş ocaq daşlarının, elin-obanın yaddaşından heç nə silinmir, bizlərə – sonrakı nəsillərə dərs olur.
     ...O vaxt, 1918-ci ildə Cümhuriyyət müstəqilliyinə sevinənlərdən biri də  Musavatçı Məşədi  Qəhrəman  oğlu  Cəfər idi. Odur ki, Cəfər 1920-ci ilin aprelində hakimiyyətə gələn bolşeviklərin gözünün düşməninə çevrildi. Təqiblər, sorğu-suallar, dindirişlər ara vermirdi. Nəhayət o zamankı şuraçılar fəal müsavatçı, imkanlı adam və camaat arasında böyük hörməti olan Cəfəri hər vasitəylə aradan götürmək qərarina gəlirlər.                       
     El ağsaqqalları kommunist­lərə o vaxt, – Cəfərlə işiniz olmasın,– de­di, – onun başına bir iş gəlsə nə Məşədi Qəhrəman kişi nədə xalq bunu nə sizə, nə də bizə bağışlamaz...
     1927-ci  ildə  Məşədi Qəhrəman kişi rəh­mətə gedəndən sonra bolşeviklərin əlinə fürsət keçdi. Cəfər onsuz da bunun fərqindəydi, amma qara gününü qablaşdırmaq heç ağlına da gəlməzdi. Yaxşı deyiblər ki, sən saydığını say gör fələk nə sayr... Duyuq düşmüşdü ki, onun atdığı hər addım nə üçünsə izlənilir, hara gedib hardan gəldiyinə göz qoyulur. Onu da başa düşürdü ki, bu köhnənin ədavətidir. Təzə gələn hökumət də bu nəsillə kəç düşüb, yerli-dibli onların kökünü kəsmək istəyirlər... 
ŞƏCƏRƏ.                                                I nəsil
 
     Bu şəcərənin ulusu Rüstəm kişiydi. Rüstəm kişinin oğlunun adı isə Alı idi.  Alı Rüstəm oğlu­nun Qəh­rəman, Zey­nal və Rüstəm adında oğ­lanları vardı. Rüs­­­təmoğlu Alının böyük oğlu Qəhrəman  1880-ci illərin əvvəlində ailə qurdu və 1885-ci ildə ilk övladı Cəfər dünyaya gəldi.
     Alı Rüstəmoğlu qayğıkeş, xoşxasiyyət, camaatın xeyrinə-şərinə yarayan, ağıllı, tədbirli adam idi. Hətta ətraf kəndlərdən belə Alı Rüstəm oğlunun yanına məsləhət almağa gələrdilər. O mahalda indinin özünəcən bu barədə söhbətlər dolaşmaqdadır...
     Ümumiyyətlə, bu ailənin həndəvərdə beləcə hörmət qazanmağı, sözü ötkəmliyi və eləcə siyasi baxışları çar üsul-idarəsinin ürəyindən deyildi. Çarizmin yerlərdəki vergi siyasətindən başqa mülkədarlar kimi bu nəsil də narazıydı. Nəticəsi də o oldu ki, vergi məmuruyla aradakı ziddiyət silahlı qarşı durmaya səbəb olur və Zeynal İrana keçməyə məcbur olur. İranda Çarın tələbiylə axtarışda olan Zeynal sərhəddə rus əsgərləriylə atışmada vuruldu. Bunun cəzası olaraq çar hökuməti 1890-cı ildə Alı kişini ailəlikcə, o cümlədən oğlanları Qəhrə­manı, Rüstəmi və  balaca nəvəsi Cəfəri də Sibirə 5 il müddətinə sürgünə göndərdi. Sibir həyatı Alı kişinin ailəsinidə  bərkə-boşa salaraq mətinləşdirir. Bu müddət ərzində Alı kişinin oğlu Qəhraman tayqadə *Lesapilkada* pilaramada ağac tədarükunda işləyən briqadaya rəhbərlik edir. Sürgündən, yəni 1900-cü ilin əvvəlində Alı kişinin ailəsi uzun əzab-əziyyətdən sonra, Vətənə– doğma Keçili kəndinə qayıtmağa özündə güc tapır. Vətəndə Alı kişi­nin Cəfərdən qeyri daha bir neçə nəvəsi dünyaya gəlir – Dost­məmməd, Yolçu, Zeynəb, Əli, Fatma və Oruc.                              
     Əli Peterburqda iqtisadiyyat üzrə ali təhsil aldığı üçün təsərrufatın hesab kitabınıda O aparırdl. Hələ indidə bizim evdəki divar şkafının qapısında onun rus dilində karandaşla yazdığə qeyidlər durur. Niyəsə O da Peterburqda müammalı şəkildə vəfat etdi. Atam və əmilərimdə beləcə dünyalarını dəyişdilər. O zaman sovet arzuolunmazları üçün belə ölümlər o dövür üçün xarakterik idi. 
     Sibirdə bərkdən-boşdan çıxan ailə doğma kəndə qayıtdıqdan sonra özünə təzədən  təsərrüfat qurdu və Məşədi-Qəhrəman bu təsərrüfatın başında dayandı. Az bir zaman içərisində o Məşədi Qəhrəman Alı oğlu kimi tanındı və hətta Şəmkirdə Kəndxudalıq elədi. Özü tikdirdiyi binaların birində məskən saldı. Hal-hazırda bu binalardan biri Dəllər qəsəbəsində  məktəb kimi şagirdlərin üzünə açıqdır...
     O zamanlar Şəmkir əhalisinin əksəriyyəti yay aylarında mal-qarası ilə Yasamal dağı ərazisindən kol-kosun içindən çətinliklə keçərək Gədəbəyə yaylağa gedərdilər. Gədəbəylə Şəmkir arasında araba yolunun olmaması həm Şəmkir həmdə  Gədəbəy  əhalisini  nərahat edirdi. Bu  baxımdan 1920 - ci  ilin  əvvəlində
Şəmkir bəyləri Məşədi Qəhraman kişiyə (Kəndxuda rəhbərinə) müraciət edirlər. Müraciət cavabsız qalmır. Oğlu Cəfərə Morul bəyləri ilə müştərək bu Araba yolunun çəkilməsinə və maliyyələşdirilməsinə rəhbərlik etməsini tapşırır. Hakimiyyət dəyişikliyi ilə əlaqədar Morul bəyləri bu layihənin icrasından imtina etmələrinə baxmayaraq Cəfər bu layihəni az bir zamanda öz büdcələri hesabına 1921 ci ildə Araba yolunu camaatın ixtiyarına-istismara  verir. Hal-hazırda həmin yol bu gündə mal-qara və qoyun sürülərinin gediş-gəlişində xalqa xidmət edir.


Cəfər Məşədi Qəhraman oğlu 1985 ci il
 
II nəsil
 
     ...1914-cü ildə Qəhrəman kişi böyük oğlu Cəfəri evləndirdi və əldə olan təsərrüfatını ona tapşırdı. Cəfərədə el arasında “Məşədi Qəhrəman oğlu Cəfər” kimi tanınardı. Cəfərin həyat yoldaşı Dəllər-Cırdaxan kəndindəki tanınmış bəy nəslindən idı. Bu nigahdan 1915-ci ildə Rüstəm, 1917-ci ildə Zeynal, 1920-ci ildə Alı, 1923-cü ildə Çiçək, 1925-ci ildə Qəhrəman, 1927-ci ildə Göyçək, 1929-cu ildə Eynal, 1931-ci ildə Valeh və 1933-cü ildə Əli-qazax dünyaya gəldilər. 
 
     Göründüyü kimi adlar bu nəsildə təkrar olunur və dədə-baba adlarının üstünə yenidən qayıdılır. Məşədi Qəhrəman kişinin anası əslən Tovuzun Xatınlı kəndindən olduğu üçün həmin kənddən 30-a yaxın ailədə Keçiliyə ev və təsərrüfat işlərinə cəlb olunmuşdular...
     1918-ci ilin 28 mayından bərqərar olan Azərbaycan Xalq Cümhuriyyətinin varlığı uğrunda gedən mübarizə, sovet imperiyasının işğalçılıq siyasəti, sovetləşmənin havasında aparılan ruslaşma və erməniləşmə mərhələsi Azərbaycan türklərinin tarixinə qanla yazıl­mış oldu. “Şəmkir davası”, “Gəncəbasar üsyanı” xalqın  yaddaşında  qətillər  və  qırğınlar kimi qaldı.  Şəmkir
da­va­sında təxminən 10 000, Gəncəbasar davasında isə 20 mindən çox insanın həyatına amansızcasına son qoyuldu...
Şərə boyun əyməyən insanlar“qaçaq”, “quldur”, “soy­ğunçu”, “əks­­inqilabçı”,  “türkçü”,  “müsavatçı”  və  digər  adlarla damğalanıb.
     Camaatın qəzəbindən çəkinən bolşeviklər Cəfəri aşkarda yox, xəlvəti olaraq aradan götürməyi vacib sayırlar... O zaman siyasi cərəyanlar tez-tez dəyişirdi. Əks-inqilabçılar Cəfəri öz tərəflərinə çəkməklə nüfuz qazanmaq, daha artıq mövqe əldə etmək fikrindəydi. Bolşeviklərsə Cəfəri həbsə saldırmaqla Şəmkir üsyanını qabaqlamaq, bu bölgədə kolxoz hərəkatını sürətləndirmək istəyirdilər.
 
     1927-ci ildə Məşədi Qəhrəman kişinin rəh­mətə getməsindən əl-qolları açılan (bəlkə də hökumətin fitvasına gəldi) bolşeviklər Cəfərin aradan götürülməsi uğrunda  daha da fəallaşdılar.
     ...1928-ci ildə Morul bəyləri Cəfərə təqiblərdən yaxa qurtaraq üçün Bakıya köçməyi məsləhət görürlər:- Bakı böyük şəhərdir səni orada axtaran olmayacaq.   Cəfər  Cavanşirbəyin məsləhəti ilə Bakıya gəlir və məhşur İsmailiyyə adlanan binanın önündə ev behləşərək ailəsinin dalınca Şəmkirə qayıdır. Lakin qardaşı DostMəmməd Bakıya köçməkdən imtina etdyi üçün –Mən sizi başsız qoyub hara gedim? deyərək Bakı məsələsindən imtina edir. Beləliklə qardaş inadkarlığı bu planın üstündən xətt çəkir və nəticədə Bakıdakı evin itirilməsi ilə bərabər gələcək  faciyyələrin də təməli qoyulur.  
     Həmin ilin yayında Cəfər öz yandaşı Adıgözəllə yaylağa baş çəkməyə gedəndə yolüstü Qalakənddə Dədə-Baba dostu İmanoğlu İsgəndərin evində qonaq olur. Bundan xəbər tutan həm qaçaqlar, həmdə milislər bir-birindən xəbərsiz Cəfəri aradan götürmək üçün gecə evi mühasirəyə alaraq iki tərəfdən atəşə tuturlar. Üç tərəfli atəşma başlayır. Hər üç tərəf çaşqınlıq içində nə baş verdiyini anlamaq üçün atışmaya ara verirlər.
     Fürsətdən istifadə edən Cəfər yandaşı Adıgözəllə sivişib aradan çıxır. Evə soxulan milislər Cəfəri orada tapmırlar.
Milisləri əlləri ətəyindən uzun görən İsgəndər kişinin  bu deyimi hələdə yaddaşlardadır:
-Hələ İsgəndər kişi ölməyibki, kimsə onun qonağını qabağına qatıb apara, ya da ona güllə ata! Çıxın gedin! Yoxsa burdan bircəniz də salamat qurtarmazsız!
     Bu sözdən sonra milis dəstəsi kor-peşman vurnuxa-vurnuxa evi tərk edərək dönüb gedir. Lakin ürəyi soyumayan milislər yolda təzədən Cəfərə  pusqu quraşdırırlar. Milislərin bu planıda boşa çıxır. Çünki Cəfərgil bu hiylədən duyuq düşərək yollarını dəyişib çay yuxarı gedərək Tovuz yaylaqları istiqamətindən Şəmkirə evə qayıdırlar...
     Cəfər üçün qurulan pusquların, təqiblərin ardı-arası kəsilmirdi, bir neçə ay sonra Cəfər yaylaqdan qayıdanda Yasamal deyilən yerdə yenə tələyə düşür. 7-nəfərlik milis dəstəsiynən atışma başlayır. Cəfər Adıgözələ qayıdır ki, –gələ  sən iki tüfəngdən at ki, onlar duyuq düşənə kimi mən arxalarına keçim. Belə də olur. Cəfərin milislərin arxasından göyə atdığı güllələr milisləri çaşdırır. Milislərin başçısı halaylayır:
     -Cəfər kişi! Qadan alım  Bizi bura göndəriblər ki, səni tutub bolşeviklərə təhvil verək! Bizim burda nə gunahımız?  Sənin biznən işin olmasın, bizim də sənnən! Bizi burax gedək!
     Cəfər kişi sakitcə belə cavab verir:
     - Mənim də heç kəsnən işim yoxdu, sizin hökümətə güllə atmamışam, ya bir zərər də vurmamışam! Sıradan bir musavatçıyam. Heç kimin malında-müklündə, var-dövlətində gözüm yoxdu. Bu vaxtacan mənim sizlərə heç bir pisliyim də keçməyib. Var-dövlətim lazımdısa, aparın sizinki olsun. Amma birdə mənim yolumu kəsməyi Tərgidin!  Nəticəsi ürək açan olmaz!..
 
     1929-cu ildə Ümumittifaq konf­ransında İ.V.Stalin “SSRİ-də aqrar siyasət məsə­ləsinə dair” məruzə ilə çıxış etdi. “Qolçomaqların bir sinif kimi ləğvi barədə”, 1930-cu il yanvarın 5-də isə ÜİK(b)P MK-si tərəfindən “Kollektivləş­mənin sürəti və kolxoz quruculuğuna dövlət tərəfindən yardım edilməsi tədbirləri haqqında” xüsusi qərarlar qəbul olundu.
Bu qərarlara əsasən qolçomaqlar və onlara tətbiq olunan cəzalar da neçə qismə bölünürdü:
     - Əksinqilabçılara, terror aktlarının, kol­xoz əleyhinə çıxışların təşkilatçısı hesab edi­lənlərə qarşı həbs və sürgün cəzası;
     - Siyasi idarə xətti ilə başqa yerlərə, qeyri-ərazilərə köçürülənlər;
     Tətbiq edilən cəza tədbirləri SSRİ-nin digər yerlərində olduğu kimi, Azərbaycanda da çox fəal şəkildə yerinə yetirilirdi. Hakimiyyətdə oturmuş amansız cəza dəstəsi görünməmiş vəhşiliklə Sumbatovun, Borşovun, Gerasimovun, Qriqoryanın, Markaryanın, Qalstyanın, Avanes­yanın, Yemelyanovun, Sinmanın şəxsində Azərbaycanın təxminən 70-80 min say-seçmə övladlarını bir ucdan qırıb çatdı. Hətta xarici dil bilənlər belə “casus” damğası ilə güllələnirdi. Rayonlarda isə “fövqəladə üçlüklərin” qərarı ilə neçə min gunahsız insan məhv edildi, kənd təsərrüfatına dəhşətli ziyan vuruldu. Bununla da ürəkləri soyumadı. “Xalq düşmənləri”nin  ailələri Vətəndən uzaqlara sürüldü. Təbii ki, onlardan bir parası yollarda, bir parası öyrəşmədiyi iqlimə tab gətirmədiyi üçün itib-batdı, çoxları isə sürgünlərdən üzü bəri qayıtmağa imkanı olmadığı üçün, ömrü boyu Vətən həsrəti ilə yaşadı...

Qardaşım   ZEYNAL  ailəsilə.
Göyçək - 1943 cü il, 4 qız evladı var.
Fərabi - 1945 ci il, 2 oğul evladı var.
Qəhraman - 1948 ci il, 1 qız evladı var

Alı Cəfər oğlu Qəhramanov (1920-1994)
 
     ...Alı Cəfər oğlu Qəhrəmanov şəhdini-şəkərini dada bilmədiyi uşaqlığını, həmən acı günləri, ayları, sürgün illərini atası, anası, əmisi, qardaş-bacıları ilə birlikdə Vətəndən, doğma el-obadan uzaqlarda – necə deyərlər, kirpiyi ilə od götürə-götürə yaşamış oldu. Lakin bütün çətinliklərə sinə gəribən, ölümün gözünün içinə dik baxa-baxa, neçə müddətdən sonra Vətənə qayıtmağı, öz yurdunda yaşamağı, çalışmağı, qocalmağı və nəhayət öz dost-doğma torpağında gözlərini əbədi yummağı özünə borc bilən, müqtədir qələm və fikir adamı saydığımız Alı müəllim Qəhrəmanov – adı həmişə, hər yerdə hörmətlə anılan, hər bir nəslə körnək olası, seçilib-sayılan insanlardan biriydi... Onun qələmindən  çıxan “Gündəlikləri” də son dərəcə maraq doğurmaqla yanaşı, uşaqlığından ta müdrik çağınacan Vətənin, doğma Yurdun  qeyrətini çəkən ürəyin  döyüntüsü, bir qəlbin çırpıntılarıdır...
 
YADIMDAKI BABAM...
Fərli nəvə babasına çəkər
(el məsəli)
     ...Babam məni lap balacalığımdan çox  istəyirdi. Adımı da öz adımla yox, Qoçu deyə çağırardı. Onun qəribə səliqə-sahmanı olan otağına kimin hünəri vardı elə-belə, qapını sərbəst açıb girsin. Mütləq kişinin özündən gərək icazə alaydın.     O otağın hər iki tərəfə – ailə yaşayan  otaqların eyvanına və çöl darva­zasına qapısı  vardı. Babamın yanına gələn qonaq darvazaya baxan qapıdan girib-çıxardı. Daha zənən-uşaq qonağı görməzdi. Yemək-içməksə ey­vana sarı açılan qapıdan verilərdi... 
 
     5-6  yaşım  olardı,  babamın otağına icazəsiz ancaq mən girib-çıxa bilərdim. Yadımdadı, o otaqda hündür bir divar şkafı vardı. Oraya babam silah-sursatını, özünə dair şey­ləri yığardı. Hər şeyin də öz səliqə-sahmanı. Hər dəfə otağa girəndə  babam şkafından mənə o zamanın dəbinə uyğun konfetindən verərdi. Məndə bu konfetləri sevinərək böyük həvəslə yeyərdim. Görürdün, məni mal-qaraya, təsərrüfata, arana yaylağa alışdırmaq, həvəsə gətirmək üçün və xüsusən boyuma uyğun balaca çomaqlar yonar, otağa qoyardı. Mən də çomağı götürüb babamla bir yerdə heyvanatın içinə düşüb dana-buzovu, badaxları seçmələrdik. Rəhmətlik deyərdi: - O  buzovu ayır, o inəyi otun üstünə hayla! Çağırardı, buyurardı. Mən də əlimdə balaca çomağım, babamın buyruğunu yerinə yetirərdim. Boyumu oxşardı: “Elə haa, a  başına dönüm, doğrudan elə ço­mağı da qoçu kimi vurursan, qorxma, camışa da bir çomax ilişdir. Ay qoçum mənim, əhsən!”
     Babamın tapşırığı ilə mehtərlər bizi xüsusi təlim keçmiş atlarla necə davranmağın sirlərini öyrədərdilər. Bizdə həvəslə onların dediklərinə əməl  edərdik.
     Həyət adamları bizlə xüsusi bir navazişlə davranırdılar
     ...Yadımdadı – bir səhər sağın qurtarmışdı, amma, hələ buzovlar analarının üstündə əmişdəydi. Mal-qaranı örüşə aparılmasına Oruc əmim rəhbərlik edərdi. Onda olardı onun 17-18 yaşı... Babam  hündürdən çağırdı: - Ay Oruc, ay Oruc! Oruc tövlədən çıxdı,  -  gəldim, - dedi, - gəldim!
     - Tez  ol, ayır, buzovlar inəyin yelinini yara elədi!
Oruc yenə yoxa çıxdı. Mən də eyvanda durub mallara baxırdım. Babam bir azdan yenə çağırdı. Külfədə çörək bişirən nənəmdən soruşdu:
     - Ə... bu hara cəhənnəm oldu? Çobanlara kömək lazımdır.
     - A kişi, uşaq qorxusundan kim bilir hara gizləndi.
     - Vallah tutsam öldürəcəm, bu da səhər qonağın  atını minib çapdığı deyil?!
     Babamın olardı 75-80 yaşı, ahıl adamıydı. Əlində daim əsa  gəzərdi. Orucun hardan çıxdığını da görmədim. Əlindəki ağacla gah bu inəyi, gah o buzovu vura-vura buzovları anasından ayırırdı. Birdən hansısa buzovun başına ağacnan elə vurdu ki, buzov yazıq gicəldi, fırlana-fırlana yıxıldı. Kişi demə buna fikir verirmiş. Yaman hirsləndi. Əlinə  bir sicim götürüb dəstə­lədi. Orucun başı dana-buzova qarışıq. Eləmə tənbəllik, Oruca kəmənd atdı. Kəmənd getdi sarındı Orucun bədəninə. Babam dartdı ipi. Oruc yalvarıb-yaxardı – Ay dədə, qadan  alım! Bir də eləmərəm!
     Haraya nənəm yüyürdü. Nənəm çatana kimi kişi Oruca iki hasa ilişdirdi. Nənəm kişinin hasasını göydə tutub, Orucu babamın əlindən aldı. Oruc kişinin əlindən qurtulub həyətdən qaçdı. Babam köməyə məni çağırdı. Mən də yekə-yekə çomağımı götürüb, buzovları ayırmaqda babama kömək elədim.
     Mən həmişə, qoyun-quzu, sürülər yaylağa, ya qışlağa gedəndə köçə qoşulardım. Ala-bula quzu sürüsünü görəndə çiçəyim çırtdayardı. Harda quzu sürüsü gördümmü,sevinə-sevinə qaçar­dım tamaşasına. Ən çox xoşla­dığım dizi qara – gözü qara quzulardı... Çox vaxt deyillər ey – yaxşı olar ki, qurban qoyunu dizi qara, gözü qara olsun... Bax, eynən eləsi.
     Quzu sürüsünün içində çobanlar həmişə 2-3 erkək saxlardı. Buynuzları burux-burux, elə bil onları əlnən burub belə şəklə salmısan.
     Əmiş vaxtı ki, ayrı ləzzətiydi. Quzular mələşə-mələşə hərə öz anasını axtarıb-tapır, sonra da dizini yerə atıb ağzı köpüklənə-köpüklənə anasını əmməyi – bu tamaşa ən qəddar adamı belə yumşaldar.
     Ailədə hamımız – böyüklü-kiçikli, bayır-bucaq işlərində bir-birimizin və həyət adamlarının dadına yetişərdik. Bu bizim ailədə yazılmamış bir qanun idi...
 
    Bir dəfə Ceyrançöldə – yataxda idim. Çobanlar  qoyunu  Kür  çayına   suvarmağa apa­rır­dı. Baş çobandan xahiş elədim ki, məni də aparsınlar. Razılıq verdi. Məni uzunqulağa mindirdilər. İtlərin bir ne­çəsini də o biri eşşəklərin örkəninə bağ­la­dılar. Karvanımız enişin başına ça­tanda suvatdan qayıdan başqa sürüynən üz-üzə gəldi. Bizim itlər qabaqdan gələn yad qoyun itləriynən boğuşdu. Çobanlardan hansısa bizim iti çomaqla vurdu. Bizim  çoban da tənbəllik eləmədi, qonşu sürünün çobanını çomaqla vurdu. Ara qarışdı,  it-itlə, çobanlar bir-biriynən tutaşdı. Mən də uzunqulağın üstündə qorxudan titrə­yirdim. Az keçmədi tutaşanlar aralandı. Kiminin burnundan, kiminin başın­dan qan axırdı. O, tutaşma indi də gözümün qabağındadır.
     ...Bir dəfə də dağa getmişdik. Bacı-qardaşlarım körpə olduğu üçün anam Qalakənddə qalırdı, yaylağa çıxmamışdıq. İsgəndər əminin bağçasının yanında alaçıq qurmuşduq. Zeynəb mamagili biznən yaylağa getmişdi. Mamamın oğlu Əli arandan Qalakəndə gəlib,  ordan yaylağa gedəsiydi. Gecə bizdə qaldı. Sabahısı məni də özünə qoşdu, piyada yola düşdük. Turşsuda doyunca su içdik, dincəldik. Ağ qayadan keçdik, Hasanlıda günorta oldu. Ordan burulub günçıxan tərəfə gedən yolla düzəldik.
Əli məndən 7-8 il böyük olardı, yəni 15-16 yaşın içindəydi. Mən nabələddim. Əli­nin  arxasınca gedirdim. Mahı  dağını təzəcə keçmiş­dik ki, duman gəlib yolu basdı. Elə sıx idi ki, iki addım qabağı güclə seçirdik. 
     ...Yolu azdıq, gah sağa, gah sola burulduq, ancaq yolu tapa bilmədik ki, bilmədik. Dumanın şehi hər yeri basmışdı. Qurşaqdan aşağı islandıq, ayaqları­mız çarığın içində fırçıldayırdı. Ora-bura vurnuxub yorulduq, nəhayət axşama yaxın duman necə gəlmişdi, elə də çəkilib getdi.
     Yolu axtarıb tapdıq. Şər qarışana qədər rahat getdik. Belədə heç bilmək olmazdı – yola yaxın dəyələrdən itlər duyuq düşüb bizi qısnayar, para-para elərdi. Odu ki, bəzən yoldan qırağa çıxırdıq. Nəhayət Ələslinin yurduna çatdıq.
Axşamdan xeyli keçmişdi, daha yoldan çıxmaq mümkün deyildi. Məcbur olduq – uzaqdan ev sahiblərini haraylayaq. Əli, – ay Hüseyn  dayı, ay Hüseyn dayı! – deyən kimi itlər duyuq düşüb cumdu. Əli mənə dedi ki, kürəyini kürəyimə söykə, ağacını əlində möhkəm tut, qorxma, gecə it adama girişən deyil. İtlər yetirdi. Əli iti əvvəlcə daşa basdı. Bu arada kimsə itlərə çımxırdı. Aralaşdılar. Hüseyn dayının səsi gəldi: - Kimsən, ay adam-abala? – Hüseyn dayı, bizik, Cəfər kişinin uşaqları!
     Yaxınlaşdı, bizi tanıdı:
     - Ə, bu gecə vaxtı hara belə?
     - Ay Hüseyn dayı, Qalakənddən gəlirik, yolda azmışdıq. Ona görə bivaxt çatdıq.
     - Gedək gecəni bizdə qalın, səhər gedərsiz.
     Əli razı olmadı.- Yox ay dayı, az qalıb, öz evimiz yaxındadı.
     - Harası yaxındı, a bala, ən azı 2 km dağ-daşla yolunuz var. Özünüz də islanmısız, uşağın dişi-dişinə dəyir. Gedək qızının, sonra mən aparıb ötürrəm.
     Nə isə, razılaşıb Hüseyn dayının dəyəsinə getdik. Arvadı Gülsafa xala məni tanıyıb Əlini danladı.
     - Ay Əli, sən yekə oğlansan, uşağı niyə gecə vaxtı bu abıra salıbsan?
     Sonra quru paltar gətirdi, məni zorla soyundurub əyin-başımı dəyişdirdi. Hüseyn kişi, elə Gülsafa xala da anamın qohumuydu. Bizə çay-çörək verdilər. Sonra Hüseyn dayı bizi özü gətirib yurdumuza çatdırdı...
 
     ...1927-ci ilin yazında babam azarladı. Elə öz otağında yatırdı. Məni tez-tez çağırıb yanında otuzdurur, başımı sığallayırdı. Mənə şkafın siyirmə­sindən həmişə saçaqlı konfet çıxarıb verərdi. Ancaq babamın halı günü-gündən ağırlaşırdı. Bütün günü onun yanından əl çəkimirdim. Əlimdə sö­yüd budağı milçəklərini qovurdum.
     ...Kişinin son dəqiqələri yaddaşımdan heç vaxt silinməyib. Nənəm sakitcə göz yaşı axıdır, uşaqlarsa bir küncə qısılıb mat-mat göz yaşları içərisində qovrulan anamıza baxırdıq. Babam birdən gözünü açdı, gördü ki, ömür-gün yoldaşı ağlayır. Babam var-qüvvəsini toplayıb aram-aram bu misraları dedi:
 
Həkim,  loğman  nə  lazım,
Əcəl  gəlib,  can  gedir...
 
     Nənəm ağlaya-ağlaya dilləndi ki, “Bizi qoyub hara gedirsən?, günümüz-güzəranımız necə olacaq?”
     Babam ömür-gün yoldaşının əlini ovcuna alıb astaca söylədi:
     - Sən mənə mehriban yoldaş... balalarıma qayğıkeş ana olmusan. Allah öz bəndələ­rinin ruzusun da yetirəcək... ailənin yükü Cəfərə çətin olmayacaq. Keçdiyi Həyat yolu onu çoxdan bərkə- boşa salaraq imtahan edib. Artıq elin – obanın
xeyrinə-şərinə yarayan nüfuzlu adamdır. Sizi Cəfərə Cəfəridə Allaha tapşırib gedirəm. Bu sözdən sonra babam gözlərini bir dəfəlik yumdu. O sözlər hələdə qulqğımda çingildəyir.
     Yadımdadır:- Babamın sağlığında həyətimizə bir neçə bizə tanış olmayan atlı təşrif buyurdu. Babamdan Məşədi Qəhraman kişinin evdə olub- olmamasını soruşdular. Babam:-Buyurun keçin öyə indi xəbər göndərərik gələr. Qonaqlar içəriyə keçdilər.  Babam qulluqçulara qonaqlara qoyun kəsin deyərək arxa otaqda əynini dəyişərək yarlı-yaraqlı arxa qapıdan bunları təzə görürmüş kimi içəri girəndə qonaqlar ayağa qalxıb babamla görüşdülər. Babam onları xoş gəldin eyləyəndən sonra gəlişlərinin məqsədlərini soruşdu. Qonaqlar minnatdarlıq etdikdən sonra gəlişlərinin səbəbini açıqladılar. Sən demə onlar Qarabağ  bəyləridilər. 200-dən çox mal-qaraları yoxa şıxıb. Çox soraqlaşandan sonra kələfin dolaşıqlığının  burada açıla biləcəyini ehtimal etdikləri  üçün bura təşrif buyurduqlarını söylədilər. Bu bölgədə babamı hamı yaxşı tanıdıqları üçün bu bəyləri babamın üstünə göndərmişdilər. Babamda öz növbəsində bunları çox sorğu suvala tutdu. Yemək yeyəndən sonra babam onlara:- çalışaram sizlərə kömək edim. Babamın onları sorğu suala tutmaqda məqsədi atlarımızın oğurlanmasında onların əlinin olub –olmamasını dəqiqləşdirmək imiş.  Bu oğurluqda onların əlinin olmadığına əmin olduqdan sonra onlara kömək edəcəyinə söz verdi.  Sonradan məlum oldu kionların mal-qarasını babam Daşkəsənin palıd meşəsində saxlatdırıbmış.      
     Babamın rəhmərə getməsinə baxmayaraq adətim üzrə elə babamın otağına girib çıxardım, çöldə-bayırda gözüm onu axtarardı. Amma tapa bilmirdim və daha onu görməyəcəyimə inana bilmirdim. Atalar yaxşı deyib ki, “torpağın üzü suludur”. (İnsan həyatda nəyə öyrəşmir ki?! Mən hələ çox şeyə alışacaqdım. Görəcəkli günlərimiz hələ qabaqdaydı...) Nəhayət ki, bu babasızlığa öyrəşdim. Hamı alışacaqdı. Daha məni “Qoçu” deyə çağıran yox idi.. ...
 
     Nənəm külfətin başında atama kömək durdu. Gecələr ev-eşiknən məşğul oldu, gün­düzlərsə idarəçilikdə hər işdən yapışdı. Subay Övlad­larını böyütdü, onları ailə, ev-eşik sahibi elədi. Alla­hın ona verdiyi qismət payında nəvə-nəticə görmək də varmış. Allah-təala da onun çəkdiyi əzab-əziyyət müqabilində nənəmə bu dünyadan rahatca köçmək qismətini verdi.  Allah  dərgahına əsl ana kimi köçdü...
     Nənəmin ölümündən sonra ailənin bütün ağırlığı atamın üstünə düşdü. İri külfət, mal-heyvanat, çoxlu otlaqlar, aranlı-yaylaqlı  yerlər...
     ...Atam Cəfər, əmilərim Dostməmmədə, Yol­çuya Oruca da hər hansı işin qulpundan yapışanda, onlara öz atası, yəni Qəhrəman babam kimi öyüd verirdi. “Atamızın yoluynan get­məliyik” deyərdi.  Ailəmizdə babamdan qalma bir adət  vardı:- hər gələn qonağa yeni heyvan kəsilər və hər qurban bayramında imkansız qonum-qonşulara  və qohulara əvəssiz qurbanlıq qoyun göndərərdilər.
     Təsərrüfat işi nə qədər ağır olsa da atam “yoruldum” deməzdi.
     Hər il biz yaylağa çıxanda Qalakənddə qa­lırdıq. Babamın dostu İman oğlu İsgəndərnən atam da yaxın dost idi. İsgəndərin bir qızı və bir neçə də nəvəsi vardı. Onlara qoşulub oynardıq. Adları – Billur, Rahilə, Nəcibə. Musa. Yaqub və  qızı Ülkər (indi İskəndər kişinin dunyanın hər nöqtəsinə səpələnmiş 18 nəticəsi var) Ülkərsə  məndən 3-4 yaş kiçik olardı. Atası İsgəndər kişi zarafatla mənə deyərdi ki, - “Möhkəm dur haa, Ülkəri sənə verə­cəyəm, qoyun-quzu payını da ayırıb burda saxla­yacağam. Səni daha arana buraxan deyiləm. Qalarsan  burda, sən də olarsan mənim oğlum”.
     Mən də belə şeyləri başa düşmədiyimdən kişiyə dilucu cavablar verərdim.  Cəmi olardı 8-9  yaşım...
     İsgəndər kişi böyük təsərrufat sahibi idi. Malı-heyvanı dəyirmanları vardı. Qalakəndə Şəmkir çayının Turşsudan Çayqarışanacan sağ və sol sahili ona məxsus idi.
     Payızda. Dağdan düşdük, at ilxımızı həmişə olduğu kimi elə dağda qoyub gəldik. Payız vaxtı qırov düşdükcə atlar özü də dağdan yavaş-yavaş enib, başsız-filansız ayğırlarla arana tökülüşərdi. İlxıda 120 baş at var idi. Hamısı da minilməmiş, cins xam atlardı. Payız oldu, soyuqlar düşdü, amma ilxı bu dəfə aşağı enmədi.
Sonra atama xəbər çatdırdılar ki, bəs demə atları dağdan qaçaqlar oğurlayıb. Atam atların sorağına getdi. Xeyli müddət keçdi, bir sürü atla geri qayıtdı. Sözündən belə çıxdı ki, qaçaqlar atları satıblarmış. O da ilxının yarısını tapıb,  pulları qaytarıb, atları da qabağına qatıb gətirib. Qalan atların dalınca atam yazda gedəcəkdi...
Həqiqətən də atam yazda yenə getdi və bu dəfə də xeyli atı qabağına qatıb gətirdi. Söz düşəndə atları  necə  gətirdiyindən  danışırdı:                                     
     - “Gədəbəydən xəbər gəldi ki, “Çərçi qəbri” deyilən yerdə ayqırı gülləynən vurublar, qalan atları da Sarı Qafarın qaçaq yoldaşları aparıb... Getdim Qalakənddən  Ləzgi oğlu Əmiraslanı və Balakişini götürüb Göy­çəyə aşdım. Dost-tanışdan soraqlaşıb öy­rəndim ki, qaçaqlar dəyər-dəyməzinə atları Basarkeçərdə, Məzrədə satıblar. İzinə düşdüm, kimə satdıqlarını öyrəndim, pulunu verib ço­xu­nu geri aldım.
     Axı, onlar atları qaçaqlardan su qiymə­tinə almışdılar. Mən də həmin pu­lu ödəməliydim.
     Göyxallı  atın sorağında aldum. Eşitdim ki, “Göyxallı” atı Gıyçənin Məzrə kəndində bir varlı erməni məliyi alıb. Gedib darvazanı döydük, üç nəfərdik. Həyətdən səs gəldi, açıb həyətə girdim. Baxdım ki, bir geyimli-keçimli kişi atın belində oturub, qantarğadan tutmağına baxmayaraq, at rəşmə  ilə yerəçalınmış mıxa bağ­lanıb. Erməni yarımusta atı bu min­valla həyətdə mıxın ətrafında minib hərlənir. Mən salam verdim, “Allah -saxlasın” deyəndə erməni qayıtdı ki:
     - Buyur, a türk, na deyirsan?
     Dedim:
     - A kirvə, bu  at  mənimkidir, oğurlayıb sənə satıblar, neçəyə almısansa pulunu verim, atı qaytar özümə.
     - A, ölmək  istəyirsən?  rad ol buradan, axmaq musurman, man sandan əksik kişiyəm?
     Arxalığın altından onaçılanı yuxarı qaldır­dım, dedim:
     - Düş atdan, yoxsa başına ataram!
     Silahı tuşlanmış görəndə, erməni tarpadan atdan yerə yıxıldı, at da hürküb kənara sıçradı. Erməni arxasıüstə uzanıb əllərini qaldırdı. Yoldaşım Əmiraslana çımxırdım:
     - Atı tut!
     Əmiraslan atı tutub rəşməni açdı, atla bir yerdə dar­vazadan çıxdı. Mən də onların dalıyca tez çıxıb darvazanı arxamca bağladım. Atlara becid minib ordan  uzaqlaşdıq. Erməni bəyindən atı bax beləcə aldıq, pulunu da  verməyə imkanımız olmadı. Taqsır özündə oldu. Ordan-burdan yığdığımız 32 baş atı-daylağı Bala­kişi ilə Qalakəndə göndərdik. İkimiz isə Sarı Qafarın adamlarının Daşkəsənin Qabaq­təpə kəndi həndəvərində yerləşdiklərini öyrəndik. 
     Sonra da Əmiraslanla ikimiz birbaş qaçaqların düşər­gə­sinə gəldik... Gördük ki, atlar talada otlayır. Hamısı da yəhərli, qantarğaları qılça­larına bəndər. Adam-zadda yoxuydu.  Dedim, – Əmiraslan, düş bu atların hamısının yüyənini aç, yəhərə bağla, mən qıraqda dayanıb səni güdəcəyəm. Əmiraslan  də mən deyəni elədi. Elə ki, işini qurtardı, atına mindi, qaçaqların da yəhərli-yüyənli 12-dən çox atını qabağımıza qatıb Qalakənd deyibən tərpəndik. Sonra da hamısını arana gətirdik...
     ...O illərdə qaçaqlar çoxalmışdı. Şura hökuməti 8-9 il idi ki, Azərbaycanda at oynadırdı. Qaçaqlar hökumətlə cəngu-cidala çıxmışdı. Bizim də qonşu Qurlux kəndinə (indi o kənd Kürçayı su anbarının altında qalıb) 100-ə qədər qaçaq
yığışmışdı...
     ...Bir gün qaçaqların başçısı qonşunun evinə qonaq gəlir. Atamı ora çağırtdırıb ona nəsihət verir. Deyir:
     - Cəfər, sən niyə gəlib dəstəmizə qoşulmursan? Elə bilirsən Şura hökumətinin lütləri səni başlarında gəzdirəcək? Nə qədər gec  deyil, gəl  qoşul dəstəmizə, sənə baxıb çox adam  bizə yaxın gəlmir. İndi qışdı, yazbaşı qüvvəmiz birə-beş artar. Bizim arxamızda ingilis durur.  Şura hökumətinin ömrünə az qalıb, yıxılacaq.
     Atam onun təklifləri ilə razılaşmır. Sonra Qaçaqbaşı bunun ca­va­bında atamın mindiyi göyatı öz əlaltılarına oğur­latmaq istəyır. 
Bunun cavabında atam qayıtdı ki, – zərər  yoxdu, qırx atımı dağ­dan  apardılar, nə  oldu, bacarırlarsa birini də qoy bun­lar apa­rsınlar. Amma mən heç vaxt hökumət əleyhinə  getmərəm.
     ...1930-cu  ilin yazı gəldi. Eldə-obada qarışıqlıq olduğu üçün bu il dağa getmədik. Atam kəndəki əkin sahələrinə və Ceyran çölündəki qoyn yataqlarına  tez-tez baş çəkirdi.
      Axırıncı dəfədə Adıgözəllə Ceyran çölündən gələndə gözləmədikləri halda milislər tərəfində puskuya düşürlər. Qarşıdurmada polislər itki verərək mğvqeylərini tərk etməli olurlar. 
      Bu hadisədən sonra hökümətlə bizimkilər arasında böyük qarşıdurma yarandı. Yeni hökümət kəndə əslən iranlı olan birisini rəhbər təyin etmişdi. Sovet höküməti qurulduqdan sonra bizim kəndədə İrandan gələn azərbaycanlılar yerləşmişdilər. Onlar yeni hökümətin formalaşmasında fıallıq göstərirdilər. Yerli əhalidən hökümətə danoslar verirdilər. Ona görə yerli adamlarla bunların arasında münaqişə yarandığından gəlmə rəhbərləri əl altından aradan götürürdülər. Hökümət bu hadisəni sinirə bilmirdi. Yeni hökümətin əsgərləri heç bir günahı olmayan əhaliyə divan tuturdular. El ağsaqqallarının praqnozu düz çıxdı. Tuta-tut kəsə-kəs başlandı. Əsazsız məlumatlar nəticəsində Zeynəb mamamın əri Kərbalayi Qədim bəyi Seyfəlidə Şır-Şır deyən ərazidə camaatın gözü qarşısında çinara söykəyib güllələdilər. Ürəkləri bununla soyumadı. Bu dəfə dayılarımın və qohumlarımızın üstünə yeridilər. Bu qarşıdurma nəticəsində bizimkilərlə bərabər başda milis Rəisi  fəal inqilabçı Rüstəm Əliyev olmaqla coxlu sayda hökümöt adamlarıda itki verdilər. Atam bu qarşıdurmada barışdırıcı mövqey tutsada müsbət nəticə olmadı. Hər iki tərəf qalib gəlməyə çalışırdı. Nəticə isə çox acınacaxlı oldu daylarımla bərabər çoxlu sayda  qohumlarımızı itirdik.
     Şəmkir Çayın  üstündəki dəmiryol körpüsünə od vurdular. Qoşun  gəldi. Nərazı xalqla (qaçaqlar daxil) hökümət qoşunları arasında toqquşma-atışma oldu. Hər iki tərəfdən çoxlu sayda itkilər oldu. Öldürülən qaçaqların meyidini vağzala apardılar. Sağ qalanlar isə Kür qırağı me­şələrə çəkildilər. 
     Atam durub-oturub deyirdi ki, bunun xatası gec-tez bizə də dəyəcək...
     Payız gəlişində Atam xəstələndi. Kənddə həkim yox idi, əmim atamı müalicə üçün Morula aparıb getdi. Morullu Nalbənd Süleymanla dost idi. Gedib onun evinə düşdülər. Atam Nalbənd Süleymanın evində bir ay müalicə aldı. Bir gün Yolçu əmim xəbər gətirdi ki, hökumət adamları gəlib Cey­ran-çölündən qoyun sürümüzü, meşədən isə atlarımızı və mal-qaramızı yığıb aparıblar. Sürünü Mingəçevir qoyunçuluq sovxozuna; mal-qaranı isə Bərdəyə  təhvil veriblər. Sənədsiz-subudsuz
Bir  neçə gün sonra sürümüzü, ilxımızı və mal-qaramızı aparıb təhvil verən çobanlar qayıdıb gəldilır.
Atam bu xəbəri eşidib deyibmiş ki, – eybi yoxdu, bununla yaxamızı qurtarsaq yaxşıdı. Bunlar hamısı qaçaqların xatasıdı ki,  hamıya dəyir.. köhnə ədavət-düşmənçilikdəki bir yandan.
     ...Bir gün sonra qardaşım Zey­nal evdən atama yavanlıq aparmışdı. Qayıdanda de­di ki, atamın vəziyyəti lap yaxşıdır. Hə­kim dedi ki, iki gündən sonra evə qayıda bilər.  Zey­nal həkim dediyi gün atamı evə gətir­mək üçün at apardı, amma axşam tək qayıtdı. Qabağına yüyürüşdük, atamız hanı? Nə üçün gəlmədi? Zeynal kor-peşman dedi ki, – atamızı dünən tutub Şəmkir qalasına salıblar. O qədər pərt olduq ki, bıçaq vursaydılar qanımız çıxmazdı. Biz də elə bilmişdik ki, xata-bəla sovuşub gedib. Nə qədər çalışdıqsa, atamızın tutulma səbəbini öyrənə bilmədik. 2-3 gündən sonra Dostməmməd əmini də tutdular... 
     ...Dağdan əlimiz tamam üzüldü, çünki yaylağa çıxarılası heyvanatımız qalmamışdı. Yaylaqdan yadımda ancaq xatirələr, bir yerdə oynadığımız  uşaqların adları qalmışdı. Hərdən də İsgəndər əminin zarafatları yadıma düşürdü.
Sözgəlişi
 
     Əmim Dostməm­məd Qəh­rəman oğlu 1905-ci ildə Keçili kəndində Məşədi Qəh­rə­man kişi­nin kül­fətində dün­yaya göz  açmışdı. Əmim Dostməm­məd qardaşı,atam Cəfərə hər yerdəarxa-dayaq idi. Dostməmməd əmi təbiəti çox sevərmiş. Həmişə böyük qardaşı Cəfərin – atamın yan-yö­rə­sində gəzib dolanıb. Ondan çox şeylər əxz eləyib. At çapıb, iş işləyib, güc gücləyib, aranlı-yaylaqlı olub.
     Baxıb görürsən ki, bu ailənin öv­ladları bəxtəvər gün­ləri bir yerdə nə qə­dər yaşayıbsa, o qə­dər də qara günlərə dözüb, yola veriblər. Ata­sı Məşədi Qəh­rə­man baban var-dövlət çanaxı onun da başında çatladı. 1931-ci ildə bizim ailə sürüləndə Dostməmməd əmim ailəliydi. Əvvəldə dediyim kimi həyat yoldaşı Zinyət Rüstəm qızından Gilas adında bir qızı vardı. Gilas sürgün vaxtı olardı 5-6 yaşında...
     Sonralar əmim bir qədər Tovuz-Şəmkir Kürboyu meşələrdə gözətçi işlədi. Özü də quşu gözündən vuran mahir bir ovçuydu. Hamı onu Meşəbəyi Dostməmməd 
çağırardı. Özündən sonra beş qızı, bir oğlu qaldı. Bu gün Dost­məmməd əminin övlad­la­rın­­dan dünyasını dəyişən də, ya­şayan da  var. Onun nəvə və nəticələri ba­ba­larının, ulu ba­ba­larının adları gələndə ürəkləri dağa dönür.
Nə isə... Çox irəli getdim... Gərəkdi ki, dönüb  geriyə boylanam... O günləri, ayları, illəri ürək ağrısı ilə də olsa yada salam...
Natik – Yaqub – Fərabi
 
1931-ciil  mart
Novruza bir gün qalmış...
Küz gülləri kimiyik,
Heç bahar yaşamadıq...
(eşitdiyim bir şərqidən)
     ...Keçili kəndindəki məsciddə birinci sinifdə oxuyurdum. Yol uzaq idi deyə, – təxminən 3 kilometr yarım – xırda uşaqlar tab gətirmirdi, çoxusu birinci sinfə 10-12 yaşında gəlirdi. Mən də 11 yaşın içindəydim. Evlər dağınıq, bir-birindən aralı... Yol gəlib yorulmuşdum. Məndən kiçik bacı-qardaşlarım şirin yuxudaydı. Yenə deyirəm – bu günkü kimi yadımdadı – 1931-ci il 18 martı– Novruz bayramından üç gün əvvəl. Nöyüt lampasının işığında dərslərimi hazırlayırdım. Anam məni tələsdirdi:
     - A bala, dur yat, səhər qalxa bilməzsən.
     Elə bu sözü demişdi ki, həyətdə itlər hürüşdü, at ayaqlarının tappıltısı gəldi. Yolçu əmim yan otaqdan eyvana çıxdı. Elə o saat da içəri yad adamlar təpiləndə mən ayağa durdum. Gələnlərdən birini tanıdım –şura sədri Seyid Məhəmməd idi. 
Yanında da 3 nəfər milis. Kitab-dəftərimi yığışdırıb çantaya qoydum. Anam qonaqlara yer göstərdi. Stul çəkib oturdular. Böyük qardaşım Zeynalnan bayıra çıxanda eyvanda, həm də həyətdə daha bir neçə milis nəfəri görüb təəccübləndik. Onlar bizi həyətə düşməyə qoyma­dılar. Təzədən içəri qayıtdıq. Anam çay-çörək hazırla­maq istədi, çağrılmamış qonaqlar dedilər ki, – ehtiyac yoxdu, özü də biz tələsirik. Milislərin böyüyü qovlu­ğunu açıb ordan kağız-qələm çıxartdı, anamı yanına çağırıb sorğu-suala başladı. Soruşduqca nəsə yazırdı. Sonra uşaqların adını, yaşını siyahıya aldı. 7 nəfər uşaq idik. Sorğu-sual qurtarandan sonra hündürdən söylədi:
     - Sizə bildirirəm – sabah burdan sürgün edilirsiz. Özünüzlə 30 pud, yəni 500 kilo ev əmlakı, ya yemək-içmək şeyləri götürə bilərsiniz. Qalan əmlak vəəşyalar dövlətə veriləcəkdir!
     Anam bu qəfil xəbərə dözməyib ağlamağa başladı. Yalvardı ki, – nolar bizi sürgün eləməyin, kişi 10 aydır tutulub, ailə başsızdır, 7 nəfər körpə uşağı mən sürgündə necə saxlayacam? Əgər kişinin bir günahı varsa, onun özüynən haqq-hesab çəkin, daha bu tifillərin nə günahı?
     Kəndin şura sədri anama ürək-dirək verdi, dedi ki, – bizi sürgündən saldırmaq üçün mütləq çalışacaq və sairə... Eyni vaxtda iki nəfər milis də qonşu otaqda Dosməmməd əmimi, onun ailəsini siyahıya almışdı. Ailə deyəndə ki, əmimin özüydü, arvadı, bir də Gilas adında qızı... Nə isə... Qonaqlar siyahıyaalmanı qurtaran kimi elə gecə gözü də atlarına minib getdilər...
     ...Səhər açıldı, həmişəki kimi məktəbə yollandıq. Dərsə gecikmişdim. İbtidai məktəbdə bizə dərs deyən Məmmədəli müəllim səbəbini soruşdu. Dedim:
     -Müəllim, bu gecə yatmamışıq, nəçənniklər, milislər bizi gecə yatmağa qoymayıb. Evimizin şeylərini siyahıya aldılar, adımızı yazdılar. Tövlədəki mal-qara, atlar da siyahıya düşdü. Səhərə yaxın getdilər. Müəllim, bizi harasa köçürmək istəyirlər, anam ağlayırdı ki, sürgünə göndərməyin.
     Məmmədəli müəllim söz verdi ki, mən məsələni yerli-yerində öyrənərəm...
     Məmmədəli müəllim hündürboy, yaraşıqlı, şumal bir oğlan idi. Özü də Goranboy tərəfdəndi. 4-cü dərs idi. Birdən Yolçu əmim sinfə girib məni aparmaq üçün müəllimdən icazə istədi. Mən kitablarımı yığıb sinifdən çıxanda Zeynalın da 4-cü sinifdən çıxdığını gördüm.
     ...Yolda bir cüt yüklü araba dayanmışdı. Birində bizim ailəydi, o birinə Dosməmməd əmimin arvadıynan qızı minmişdi. Arvadlar ağlayırdı, uşaqlarsa nə baş verdiyini kəsdirmədən döyüküb qalmışdı. Yazıq-yazıq onun-bunun üzünə baxırdılar. Arxadan səs gəldi, çevrilib baxdım, sinif yoldaşlarım, müəllimlər sağollaşmaq üçün arabanı dövrəyə almışdılar. Hamı, yoldan ötüb keçənlər belə bizimlə görüşüb doluxsunurdu. Anam gözünün yaşını saxlaya bilmirdi, uşaqlar da anama baxıb ağlayırdılar. Məmmədəli müəllim arabaya yanaşıb anama təsəlli verdi. Dedi ki, – Bu bir yanlış da ola bilər, görərsiz, rayona çatan kimi sizi qaytaracaqlar... 
     Axır ki, arabalar tərpəndi.
     Gün əyiləndə Dəllər vağzalına çatdıq. Bizi arabalardan düşürüb kluba doldurdular. Həmin klub indinin özündə də Dəllər  qəsəbəsində  yerləşir. Yadımdadı, arabadakışeyləri də kluba boşaltdılar...
     ...Kluba bizdən qabaq da çoxlu ailə gətirib doldur­muşdular. Klubun arxasında Gülüstan xalanın eviydi. Xəbər tutub gəldilər, istədilər ki, bizdən hal-əhval tutsunlar. Gözətçi əsgərlər izn vermədi. Səhərin gözünü elə klubda açdıq. Lap tezdən siyahıüzrə bir də yoxlandıq. Klubdakı ailələr bir-bir yoxlamadan keçəndən sonra bizə bayıra çıxmaq əmr olundu. 
     Ətrafımıza əsgərlər ətdən divar çəkmişdi. Stan­siyanın həndəvərində yaşayanlar bunun tamaşasına yığılmışdı. Bizi indiki klubun qabağındaca bir xeyli mühasirədə saxlayandan sonra dəbərtdilər. Sürgünə varanların qohum-qardaşı, dost-tanışı vidalaşmaq üçün irəli təpilir, sürülən camaatnan son dəfə görüşmək istəyirdi. Zəncir kimi dörd bir tərəfimizə hasar çəkmişəli silahlıəsgərlər onları döşündən itələyir, irəli gəlməyə qoymurdu. İndi də gözümün qabağındadı – anam öz bacılarına doğru can atır, xalalarım son dəfə anamın boynuna sarılmaq istəyirdi. Onda mənə elə gəldi ki, bu insafsız əsgərlərin əzəl başdan heç ana-bacıları yoxmuş... Axır ki, onlardan birinin ürəyi yumşaldı. Böyük xalam zabitdən icazə alıb anamla qucaqlaşdı. Bunu görən Həcər xalam da irəli cumdu. Zabit ona da izn verdi.
Bacılar bir-birinə sarmaşıb şivən qopardılar. Ağ­laşma, hönkürtü səsindən adamın tüküürpəşirdi. Sürgün olunanlar həddən artıqdı. Sürülənlərin arasında yaxınkəndlərdən, Gədəbəydən gətirilmə ailələr dəçoxuydu. Gədəbəyin Qarabu­laq və Zəhmət kəndlərindən bizi tanıyanlar da vardı...
     ...Klubda qaldığımız gecə iki uşaqla isnişdim. O gecə bir-birimizə söykənib yatdıq. Birinin adı Məcid idi, indi də Zəhmətdə yaşayır, mexanikdi. İkincisi Həsəndi ki, indinin özündə Dəllər-Daşbulaqda yaşayır, özü də aqronomdur.
     ...Biz uşaqlar bu acı mənzərəyə – daha doğrusu, böyüklərin bu halına tamaşa eləyirdik. Ancaq aramızda nə baş verdiyini anlayan yoxuydu. Nəhayət xalalarım anamdan qopub biz uşaqları da öpmək istəyəndə, əsgərlərin üzü döndü. Qadınların qolundan tutub qırağa fırlatdılar. Anamı da bacılarından ayırıb uşaqlara tərəf itələdilər. Artıq qırmızı rəngli yük vaqonları stansiyada hazır dayanmışdı. Günorta üstü, bizi vaqonlara doldurdular. Vaqonun ağzınıörtüb, rəzəsini də keçirdilər. Əşyalarsa başqa vaqonlara yığıldı...
     Vaqonda yerimiz çox dar idi, olan-olmaz işıq balaca pəncərədən düşürdü, qapı isə kip bağlanmışdı. Uzan­maq bir yana qalsın, heç oturmağa yer belə güclə tapardın. Saydım, bizim vaqonda nə az, nəçox, uşaqlı-böyüklü 42 adam vardı. Vaqon­ların içi sərnişin vaqonları kimi arakəsməliydi. Mən ikinci yerdə oturub balaca pəncərədən bayıra baxırdım. Mənimləüzbəüz, həmkəndlimiz Məşədi Hüseyn oğlu Alının uşaqları oturmuşdu. Onlardan biri mən boydaydı, adı 
 Tanrıverdi idi, başına quzu dərisindən papaq qoymuşdu. (İndi Tanrıverdinin uşaqları böyüyüb: Güllüzar, Gülpəri, Şahverdi, Allahverdi.  Onların ata-anasıçoxdan Allah rəhmətinə gedib).
     ...Qatara günorta mindirilən – axşam tərəfi yola düşdük. Qatar yük qatarı olduğu üçün ancaq bir gecə-gündüz sonra Bakıya çatdıq. Gecə bizi vaqondan düşməyə qoymadılar. Vaqonların arasında əli silahlı rus əsgərləri keşik çəkirdi.  Biz uşaqlar onlara  baxanda qorxudan sarılığımızı udurduq.
     Gecə beləcə keçdi. Səhər tezdən vaqonun ağzını açıb bizi düşürtdülər...
     ...Bir böyük yük gəmisi körpünün lap yanındaca yavaş-yavaş yırğalanırdı. Keşikçilər yenə hər iki tərəfdən zən­cir kimi gəmiyə qədər düzülmüşdülər. Əsgərlərin ara­sındakı yolnan gedib birbaş gəmiyə minmək əmr olundu. Anam uşağın birini qucağına alıb, o birisinin əlindən tutmuşdu. Qalanımız da əl-ələ tutub korpüdən birbaş gəminin göyərtəsinə qalxdıq. Orda da bizi çox saxlamayıb, pilləkənlə gə­minin zirzəmisinə düşürtdilər... Bu gəminin dörd belə zir­zə­misi varmış. Zirzəminin ortası ilə bu başdan o başa eni təxminən 60 sm olan taxta yol qurulmuşdu. Hə­min taxta cığırın üstü ilə sıraya düzülüb zirzə­minin ortasına çatandan sonra sol tərəfdə yer tutduq. Bu – taxta döşəmədən təxminən bir metr hündürdəydi. Silahsız bir əsgər bizə 2 addım uzunu, 2 addım eni olan yer göstərdi. Bizim böyük ailəmizə vəəmimin üç nəfərlik kiçik ailəsinə 4 kvadratmetrlik yer ancaq oturmağa gücnən çatardı. Bizimkilər 2 qadından, 8 uşaqdan ibarətdi...
     ...Axşamçağı gəmi dənizəçıxdı, bir qədər üzəndən sonra nəüçünsə yenə dayandı. Bu dayanmaqnan səhərə kimi yerindən tərpənmədi...Səhər qağayıların səsinə oyandım. Quşların səsi gəminin zirzəmisində də eşidilirdi... Göyərtəyəçıxanda gördük ki, şəhərdən çox da aralanmamışıq, əlini uzatsan çatar. Bu minvalla gəmi şəhərin ikicə addımlığında 2 gün sərasər suda dayanıb durdu. Darıxmaqdan az qalırdı bağrımız çatlasın. Gəmi tərpənmirdi ki, tərpənmirdi. Bəlkə də biz tamam-kamal yaddan çıxmışdıq. Deyib-danışmasaq da, hərənin başına cürbəcür fikirlər gəlirdi. Hətta belə bir şayiə gəzirdi ki, yəqin ki, camaatı dəryaya tökəcəklər...

Novruz bayramının ikinci gecəsi
 
     ...Martın 21-i axşamı. Elə bil hamının üstünə su çilənmişdi. Gəminin zirzəmisi qadınla, uşaqla doluydu. Görürdün bunların arasında tək-tək ahıl qadın-qoca da var. Biz necə, zir­zəmidəkilərin hamısı da bizim kimi – uzanmağa yeri yox idi, oturmuşdular. Qonşuluqdakı qadınla anam söhbətə başladı. O arvadın körpə uşağı yoxuydu. İki oğlu vardı– onlar da yaşca bizdən böyük. Yəni anam çəkəni o çəkmirdi. Öz dediyinə görə Gən­cədənmiş. Sorğu-suala da həvəsli o idi. Anamınsa dərdi daha ağır. Dərdli adam da öz dərdini dağıtmaq üçün ya deyinər, ya da danışar:
     - Maldar adamdıq, yayı yaylaqda, qış­ı qışlaqda. biraz toğlumuz, qoyunumuz, bir neçə atdan ibarət ilxımız və  bir neçə başda iribuynuzlu mal-qa­ramız vardı. 
Hamısını hökümət gəlib apardı. İlxıdan atların çoxusunu elə əvvəldən qaçaqlar oğurlamışdı. Evimizin qapısına qara qıfıl vurdular. Hər nə vardısa elə içəridə qaldı. Bir-iki dəst pal-paltar və bir az da arzaq-urzaq götürə bildik ki, acından ölməyək. 3 çuval buğda götürmüşük, bir az da un. Kişiləri də 10 aydı tutduqları, başlarına nə gəlib, indiyəcən xəbər yoxdu...
     ...Bakının yaxınlığında, dənizdə dayanıb-durduğumuz üçüncü günün axşamı gördük ki, pilləkənlə zirzəmiyə ard-ardınca kişilər enməyə başladı. Hamının gözü onlardaydı. Kişilər kor-peşman halda arvad-uşağa baxa-baxa taxta cığırnan üzü bəri gəlirdi.
     Birdən onlardan kimsə taxtanın üstündən sağa hoppanıb uşaqları bağrına basdı, bir başqası sola atılıb arvadını qucaqladı və göz yaşlarını saxlaya bilmədi. Mən taxtanın üstüylə gələn adamlara diqqətlə baxanda... birdən! – atamı tanıdım və“əmi” deyə çığırdım. Atamla əmim hər ikisi gəlib bizim bərabərimizdə yanımıza düşdülər...
     Allah, sənin kərəminə şükür! Bəlkə ondakı kimi heç ömrüm boyu sevinməmişdim... O gecə bizim həqiqətən şadlığımızdan çiçəyimiz çırtdadı. Sevincimizin həddi-hüdudu yoxuydu. Gəmidəki ailələrin əksər ailə başçısını gətirib külfəti ilə birləşdirdilər. Tək-tək ailələrin sahibləri gəlib çıxmadı ki, çıxmadı. Nargin adasınında bu günə qədər açılmayan çoxlu sirləri var.....
     ...Bizim bu sevincimiz uzun sürmədi. Gəminin neçə gün burda dayanmağının səbəbi aydın oldu. Kişilər zirzəmiyə düşəndən bircə saat sonra, yəni 22 mart 1931-ci ilin gecəsi gəmi yola düşdü. Və o ilki Novruz nə qədər çalışdısa, üzümüzə gülmədi ki, gülmədi. Yox, kədər bizdən əl çəkmək fikrində deyildi...  
 
Üzürük... Hara? – kim bilir...
 
     ...Yer darısqal olduğundan uşaqlar az qala bir-birinin qarnına girərək eləcə oturan yerdə mürgüləyirdi. Bir qədər yol gedəndən sonra külək qalxdı, dalğalar gəmini nəhrə kimi yırğalamağa başladı. Gəminin kibrit qutusu kimi atılıb-düşməyindən başa düşdük ki, külək get-gedə şiddətlənir. Çoxusu gəminin atıb-tutmağına dözə bilməyib qusurdu. Bir az keçəndən sonra demək olar ki, hamının ürəyi bulandı, bir qıraqdan hamı ögüyüb qaytarmağa başladı. Təkcə atamla məndən başqa. Atam mənim başımı sığallayıb dedi: – Mənim qoç balam elə atası kimi dözümlüdür, mənim özümə oxşayıb.
     Anam səksəkə içindəydi, hərdən deyirdi:
     - Axırımız çatıb, bizi dənizə tökəcəklər.
     Atam çalışırdı halını pozmasın, anama təsəlli olsun deyə qayıdırdı ki:
     - Qorxma, bizim axırımıza çıxmağa başlarına yer qəhətiydi bəyəm? Mən bilən bizi harasa uzağa aparırlar. Külək kəsən kimi gəmi rahat gedəcək. 
     Elə də oldu. Səhərə yaxın külək səngidi. Gəmi də rahatca öz yoluna davam elədi. Anam qusan uşaqların üst-başını təmizləməyə başladı..
     ... Nəhayət, səhər açıldı. Gəminin göyərtəsinə yığılmış ərzağı yoxlamaq və ordan yeməyə nəsə bir şey götürmək üçün atam məni də, Zeynalı da özüynən gəminin göyərtəsinə çıxardı. Atam bizim şeylərin yığıldığı yeri tanımırdı, özümüz göyərtənin bir küncünə qalaqlamışdıq. Bağlamalarımızın yerini tapdıq. Ordan səhərimizə yemək üçün pendir-çörək, yağ və soyutma ət götürdük. Sonra açıq dənizin tamaşasına dayanıb durduq, əsgərlər bir söz demədi. Nə deyəcəkdilər ki? Dənizin ortasından kim hara qaçacaqdı ki? Dörd bir tərəfimiz su idi. Zərrəcə quru yer gözə dəymirdi. Üfüq uzaqdan elə bil dənizə dirsəklənmişdi. Göyərtənin qıraqlarında dayanan əsgərlər silahı əllərindən yerə qoymurdu. Bir qədər tamaşa edib bezəndən sonra yenə yerimizə, zirzəmiyə endik, səhər çörəyini bir təhər yedik, – əslində heç kimin iştahı yoxuydu. İçməyə nə çay, çay nədi, heç Allahın suyunu da tapmadıq. Göyərtədəki çəlləkdən su icazəylə verilirdi. Dənizin suyu da ki, şor... O sudan içməyəcəksən ki... O günü yolumuz rahat oldu, nə bir külək, nə bir fırtına rastımıza çıxmadı...
     ...Axşama yaxın göyərtəyə çıxanlar xoş xəbərlə qayıtdılar – “sahil görünür!” Bu xəbərə biz qarışıq hamı sevinirdi. Camaat göyərtəyə çıxmağa can atırdı. Yuxarı tələsənləri pilləkən tutmurdu. Xeyli adam yuxar ıçıxmışdı ki, əsgərlər adamları geriyə – zirzəmiyə enməyə məcbur etdilər. Və bir daha göyərtəyə çıxmağa heç kəsə icazə verilmədi. Nəhayət ki, gəminin fitini eşitdik...
     Başa düşdük ki, artıq liman yaxındadı... Bir azdan gəmi dayandı. Lövbərin salınmağını zəncirlərin səsindən eşitdik. Gəmi sahil körpüsünə bağlandı. Qaranlıq düşəndə pilləkənlə 3-4 zabit zirzəmiyə endi. Hərəsinin əlindədə siyahı. Adları oxumağa başladılar. Hamının adlarını oxuyub, sinifdəki kimi sərnişinləri bir-bir yoxlayandan sonra dedilər: “Kimin adı çıxsa, ailəsini yığışdırıb sakitcə göyərtəyə qalxsın, sonra gəmi bağlanan körpüyə yanaşsın. Göyərtədə qalan şey-şüyünüzlə işiniz olmasın, onları siz vaqonlara minəndən sonra yerli-yerində hamısını özünüzə çatdıracağıq!
     Növbə bizə də yetişdi. Atamla əmimin adını yanaşı çəkdilər, yığışıb birlikdə göyərtəyə çıxdıq. Əsgərlərin işarəsi ilə ordan körpüyə yan aldıq. Körpüdən də keçib təxminən iyirmi-iyirmi beş metr aralıda dayanmış yük qatarına tərəf getdik. Hər vaqonun qapısında iki əsgər gözət çəkirdi.
     Məlum oldu ki, Xəzər dənizinin o biri sahilinə gəlib çatmışıq...
 
Krasnovodsk, 23.03.1931-ci il. Axşam tərəfi.
 
     Gəmidən düşürüldüyümüz yer sərnişin vağzalı yox, limanın deposu, yükvurma yeriydi. Yenə də sürülənləri yük vaqonuna doldurdular. Yerimiz yenə də darısqaldı. Qatar gecənin bir aləmi, yola düşməzdən əvvəl hər vaqonun qapısını açıb içəridəki 
adamları saydılar, sonra da elə o sayda çörək verdilər. Çörək deyəndə ki, paylanan çörək yeyiləsi deyildi. Turşumuş qara xamır kimi adamın əlinə yapışırdı. Ehtiyat götürməyənlər və  bu çörəyə dustaqlıqda olub öyrəşənlər yeyirdi. Vaqonun ağzını bu dəfə bir əl sığışan boyda aralı qoyub üzümüzə bağladılar. Daha doğrusu, ikinci rəzədən bağladılar. Vaqonun pəncərələri tam açıq     qaldı. Buna da şükür. Halbuki, səhər bu aynadan, eləcə aralı qalan qapıdan çöl-bayırın əl boyda bir parçasını görərdin. Hələki, gördüyümüz – tez-tez ötüb keçən telefon dirəkləriydi. Biz uşaqlar bu qapı arasından baxmaq üçün növbəyə dururduq. Tanımadığımız təzə qonşuların oğul-uşağıynan xoruz kimi tutaşıb-didişirdik. Həsənlə mən bir-birimizə havadardıq. Qatar stansiyalarda dayananda əsgərlər iri qabları su ilə doldurub vaqonlara ötürürdü. O su içilib qurtarandan sonra, uzaqdımı-yaxındımı, – gələn dayanacağa qədər ciyərimiz yana-yana, susuz qalmağa məcbur idik...
     ...Yadımdadı, mən hətta susuzluğa dözməyib bir dəfə ağladım da... Onda atam neynəsə yaxşıdı? Papiros yandırıb mənə uzatdı. Dedi, – oğlum, tüstünü sor-burax, onda susuzluğun yatacaq. Mən papirosu sümürdüm. Həsən qayıtdı ki, mən də susuzluqdan yanıram, o papirosdan mənə də ver sorum. Papirosun yarısını ona verdim...
     Uşaq ki, uşaq... Mənqarışıq vaqondakı uşaqlar hələ nələrin baş verdiyini anlamırdılar. Onların da, mənim də yaşımdan çox əvvəl böyüməyim hələ qabaqdaydı. Hələki yol gedirdik. Hara, necəsini, kimin yanına, kimin üstünə gedəcəyimizi bircə nəfər də bilən yoxuydu...
     ...Qapının arasından gah qum paraxları, gah dəmir yolunu qumdan qoruyan çaxçaxlar görsənirdi. Uzaqlara baxandasa gözümüzün qabağında başqa mən­zərə açılırdı. İrili-xırdalı dağlar, yastı-yapalaq təpələr... Çöl boyu elə həmin rəngdə yovşan, ağca ot və dəvətikanı düzənliyi başına almışdı. Bizimçün bu yerlər tamam yad idi, elə hər şeyə yad  kimi də baxır­dıq. Arabir qoyun sürüləri, at ilxıları gözə dəyirdi. Ya da bir-birindən xeyli aralı düşmüş kasıb kənd-kəsək də görsənib keçirdi. Bura adını məktəbdə eşitdiyimiz, bu vaxtacan görmədiyimiz Türkmənistan idi ki, indi vaqonun əl boyda arasından görürdük...
     ...Adamların geyimi hamımız üçün çox maraqlıydı. Havalar xeyli isti olmasına baxmayaraq, gözə dəyən kişilərin əksəri başına qulaqlı papaq qoymuşdu. Əyin­lərində uzun, ayaq üzünə qədər sallanan əbaya oxşar geyim (sonra bildik ki, buna “çapan” deyirlər), üstündən qayış əvəzinə dəsmalla bağlamışdılar. Baxırdıq ki, varlı, imkanlı türkmənlərdə bu “çapanın” qollarının ağzına və yaxalığına xəz tikilərdi. Ayaqlarında da yumşaq çəkmə... Qadınlarsa bəzəkli, uzun don, başlarına yekə ağşal, bəzəkli parçadan şalvar geyirdilər. Şalvarın qılçası çəkmənin içərisinə salınırdı; uzun don ayaqlara dolaşar, üzlər örtülü olar, ağca dəmir pullarsa üstdən bəzək kimi süslənərdi. Elə kəndlərdən keçib gedirdik ki, oralarda sırğa qadınların qulağından yox, burunlarından asılı olurdu. Qol-qıçlarında da muncuqlu bilərziklər... Bu cür geyimlər, bəzək-düzək vaqondakıları heyrətə gətirirdi. Buxara şəhərinə çatar-
çatmaz çöllər qoyun-quzu sürülərinə qərq oldu. Oranın qoyun-quzusu bizimkilərdən fərqlənir. Quzularının yunu qıvrım-qıvrımdır, –özü də rəngbərəng – göy, sarı, çal, qara, qəhvəyi və s. Quyurcuk yunlu quzu sürüləri sakitcə otlayırdı. Elə qoyunlar vardı ki, quyruğunda irtmək olmur, özü də quyruqları yarıqsız – bütöv, yəni qazan qapağı kimi dəyirmi. Buxara şəhərini keçəndən sonra anamın qucağındakı balaca uşaq elə vaqondaca öldü...
     ...Bir düzənlikdə qatar dayandı.  Nə yaxşı ki, vaqonla­rın ağzıbirini açıb düşmək məsləhət bilindi və dedilər ki, – qatar axşama kimi burda dayanasıdı, vaqonlarda təmizlik işi aparılacaq. Şeylər, avadanlıq da yerəəndərilsin. 50-60 vaqondan ibarət olan qatar çölü-biyabanda, ins-cins olmayan bir yerdə dayanmışdı. Hamı yerə tökülüşdü. Bəziləri paltar-pa­lazını günə sərib havaya verirdi. Hətta özünə isti xörək  bişirənlər də tapıldı. Əli silahlı əsgərlərsə qatarın həndəvərini üzük qaşı kimi dövrəyə alıb keşik çəkirdilər. Atam ölən uşağı elə ordaca, türkmən çölündə basdırdı. Bu minvalla, 8-10 uşaq meyidi basdırdılar. Vaqonlar silinib-süpürüldü, paltar-palaz çırpıldı, hətta su qızdırıb oğul-uşağı çimizdirən də oldu. Və yenə va­qon­larda yavaş-yavaş hər kəs öz yerini vaxtından əvvəl sahmana salıb şeylərini yığdı.
     ...İnsan zülmə tabe imiş. Məni qınamayın, elə bil buradakılar o vaqon-məhbəs üçün darıxmışdılar...
 
Gəmidən qatara...
 
     ...Axşama yaxın qatar fit verdi. Üç dəfə ardıcıl fit verəndən sonra təkərlər qıcırdadı, qatar hərəkətə gəldi. Yenə qapılar bir az aralı bağlanmışdı, nəfəslik qoymuşdular. Qatar yenə həmin yolnan, gün çıxana doğru irəliləyirdi. Səhərlər vaqonlara çörək paylanırdı...   
     ...Nəhayət Daşkənd şəhərini də ötüb keçdik. Bir gün də yol gedib Şimala tərəf burulduq. Evdən düz 15 gün idi ki, çıxmışdıq. Hamı yorğun, əzgin, daha doğrusu, doğan günəşdən, göydəki aydan da bezikmişdi. Hamının könlündə bir arzu vardı ki, nola mənzil başına tez çataq, başımızı yastığa qoyub heç olmasa bir hovur dincələk. Amma hara və hələ neçə gün yol gedəcəyimiz heç kəsə məlum deyildi.
 
Yenə gecə-gündüz yoldayıq...
 
     Eləolur ki, hansısa bir yarımstansiyada 2 saat, 4 saat, 6 saat dayanmalı oluruq. Əvvəlkindən fərq burasındaydı ki, indi getdiyimiz çöllər, görünən qumsallıqlar Qazaxıstanın idi. Səhralarda arabir qoyun sürüləri, dəvə karvanları və at ilxıları da gözə dəyirdi. Bəzən tarlalar, tərəvəz əkinləri, suvarma kanalları rastımıza çıxırdı. 17-ci günün axşamtərəfi –qatar bırdən-birə dayandı, özü də xeyli müddət dayandı. 
Böyüklər qapı arasında duran əsgərlərdən soruşdular: – Nə çox dayandıq? Haradı bura?
     -Aralski şəhəridir, bəlkə sizi buralarda düşürtdük, – dedilər.
     Yerbə-yerdən səslər eşidildi:
     -Nə yaxşı?! Yol bizi lap təngə gətirib!
     ...Gecə çöldəki cücülərin səsindən savayı heç nə eşidilmədi, səhərə kimi hərəkətsiz dayandıq. Səhər gün çırtmamış maşınlar qatarın yanını kəs­dirdi. Sürgünçülər sevindi, –şükür, daha çatmışıq, – dedilər. 17 gündür ki, ağzıbir vaqonlarda gecə-gündüz yoldayıq, gah dayanıb gözləyirik, gah da dayanıb-durmaq bilmədən yol gəlirik!
      ...Vaqonların ağzı açıldı. Nəzarətçi zabitlərin göstərişi ilə ma­şınlara doluşduq. Əmimin külfəti də biz minən maşına yükləndi. Həsəngil başqa maşına mindi... Yola düşdük, təxminən  5 dəqiqədən sonra cərgə ilə düzülmüş uzun, böyürləri qar­ğıdan hörül­müş barakların qabağında dayandıq. Kabinkadan düşən əsgərlər əmr elədi ki, – tökülün aşagı! Maşınlarda gələn sürgünçülər gös­tərilən səmtə yönəlib mal tövləsinə oxşar, arası açıq baraklara doluşdular. Zabitlər içərini addımnan ölçüb, iri külfətlərə eni 3, uzunu 4 addım, xırda ailələr üçün ondan bir az kiçik sahələr ayırıb, şeyləri də ora daşımağı tapşırdılar. Və hamını başa saldılar ki, daha sizin yeriniz-yurdunuz buradı, burda da yaşayacaqsız...
 
Sürgün başına çatdıq...
 
     Bizim ailəyənisbətən iri sahə düşdü. Əmimin ailəsi də bizə bitişik köç saldı. Gətirdiyimiz avadanlığı, şeyləri divar kimi bir-birinin üstünə qalaqladıq. Əmimgil tərəf açıq qaldı. Beləliklə yorğan-döşək yığılan yüklərdən qurama arakəsmələr əmələ gəldi...
     ...Çox keçmədi ki, barakın içərisində balaca keçid-yollar yarandı. Barakın 4 yerdən qapısı vardı. Belə 200-300 ailə yerləşən baraklardan artıq 4-ündə dırnaq basmağa belə yer yoxuydu...
     ...Hər ailə yerə bir, ya iki palaz salıb otur­mağa qail oldu. Kişilər qatma-qarışıq, başıpozuq halda gəzişir, bir-biriylə salamlaşır, hal-əhval tuturdu. Əsgərlər hələ bizdən əl çəkməmişdi, ba­rak­lardan 50-60 metr aralı yenə də döv­rə vurub dayanmışdılar. Həmin gün axşama kimi sürülənlərin hamısı nə təhər gəldi yerləşdilər...
     ...Səhər tezdən siyahıyaalma başlandı. Əmək qabiliyyəti olan, kişi və qadınları baraklardan aralı meydançada iclasa yığdılar. Adam­ları işə düzəltmək üçün hansısa iş yerlərindən nümayən­dələr gəlmişdi. Xırda uşaqları çox olduğuna görə, anami işdən azad etdilər. Atam və əmim limanda, bibimsə balıq vətəgəsində işləməliydi..
     ...Can sıxıcı, keçib gəldiyimiz uzun yolun yorğunluğu, kəsif havalı vaqonlar, natəmizlik və başqa bu səbəblər ucbatından bir ay sonra qızılca xəstəliyi tüğqan elədi. Qızdırmaya tab gətirməyən  zəif  uşaqlar bir-birinin ardınca qırılırdı. Həkim-filan yox idi. Qocalar da tab gətirmirdi.
     Yaşca məndən balaca uşaqların hamısı qızılcaya giriftar oldu. Bir az keçməmiş bədbəxtlik bizim olmayan qapımızı da döydü... Əvvəlcə Eynal, gəldiyimizin üçüncü  günü Göyçək, səkkizinci günsə babamın adını daşıyan Qəhrəman öldü. Məndən kiçik bacım Çiçəksə dözümlü çıxdı, sağaldı. Beləliklə, bircə həftənin içində o boyda ailə 7 uşaqdan 3-nü itirdi. Bir ay sərasər bu yaşayış parağında ağlaşma səsindən qulaq batırdı. Bu arada anam dünyaya bir oğul da gətirdi. Adını Əli-qazax qoyduq. 3 ayın tamamında gözümüzün qabağında o da can verdi...arxasəncada Valehi itirdik.
     ...Beləliklə, az bir müddət ərzində yekə bir qəbristanlıq yarandı. Təxminən iki ay ötəndən sonra təzədən yoxlama keçirdilər. Əmimin ailəsini bizdən ayırıb Aral gölündəki adalardan birinə göndərdilər. Yenə də ortaya ayrılıq, qəm-kədər, ağlaşma düşdü. Qardaş-qardaşdan, bacı-bacıdan, dost-dostdan yenə bir dəfə də ayrıldı. Sürgündən-sürgünə, adaya göndərilənlər daha çox idi. Aral dəniz limanına göndərilmiş sürgünlərdən 80%-i adalara köçürüldü...
      ..Dəllərdən bir vaqonda yol gəldiyimiz Tanrıver­dinin atası qoca və heysiz olduğundan o da qalmayıb vəfat etdi. Onların da ailəsi adaya göndərilənlərin arasındaydı. Beləliklə nə Həsəni, nə Məcidi uzun müddət görmədim. Olsun ki, onları da adalara göndərmişdilər.
     ...Qürbət eldə yaşamaq çox çətindir. Xüsusən də həmən o dövrdə... savadsızlıq,  rus dilini bilməmək bir yana, ailədə böyüksüzlük də bir dərd... Elə ki, sahildə sürgünçülər azaldı, bizim yerimizi dəyişdilər. Yəni bizi xəstəlik, mərəz yuvasından 4 km aralıya, dəniz sahilinə köçürüb, təzəcə tikilən baraklarda yerləşdirdilər. İndi iki ailəyə bir otaq, bəzən hətta bir ailəyə ayrıca otaq ayırmışdılar.
     ...Bizim sayı azalmış ailəmizlə Dəliməmmədlidən Seyidbağırın ailəsinə yekə bir otaq verdilər. İki ailədə cəmi on baş adam vardı. Yaxşı ki, başımızın üstündə artıq nəzarətçi yoxuydu, keşik çəkməyə ehtiyac görmədilər...
 
Sürgün yayı
 
     ...Axır ki, yayın orta ayı gəldi, atam başqaları ilə birgə limanda işləyirdi. Hər ay fəhlələrə şəkər tozu, makaron, hisə verilmiş balıq, yarma və bir də gündəlik çörək norması verilirdi. Qaxac və şor balıqları heç birimiz yeyə bilmirdik. Odur ki, balıq payımız veriləndə vağzala aparıb qatardan düşənlərə satırdım. Orasını da deyim ki, bu işdən çox xoşum gəlirdi, sevinirdim ki, mən də evə qazanc gətirirəm...
     ...Bir dəfə adətim üzrə norma veriləndə hisə verilmiş balıqları ipə keçirib vağzala yollandım ki, onları satım. Sərnişin qatarı gəlib çıxdı. Qatardan düşən bir nəfərlə sövdələşib ona 2 balıq satdım. Kişi ciblərində eşələndi, ancaq pulu vermədi, balıqları mənim əlimdən qapdı, qaçıb təzədən vaqona mindi. Mən də arxasınca – “pulu ver!” deyə-deyə qaçıb vaqona çıxdım, – vaqon lap adisindən idi, vaqonda onun üstünə cumdum, kişi də məndən yapışıb qolumu  burdu. Vaqondakı başqa sərnişinlər bu adamı danladılar, balıqlarımı da alıb özümə qaytardılar. Qatar artıq yerindən tərpənmışdi, mən qaçıb vaqon bələdçisinin yanından özümü pilləkənə çatdıranda vaqon bələdçisi istədi məni tutub saxlasın, bacarmadı, özümü artıq sürət yığan qatardan yerə atdım, yıxılıb-yumbalandım, əllərim, dizlərim sıyrıldı. Başıma yığışan adamlar məni yerdən qaldırdılar, əl-üzümü yudular, ətrafa səpələnən balıqlarmı yığışdırıb verdilər. Həyatda təkcə pislərin yox, yaxşı adamların da olduğunu onda anladım. Daha sonralar başa düşdüm ki, tələbəlik,  əsgərlik,  qürbətdəki dostluq və ülfət daha möhkəm,  daha davamlı olurmuş. Həmən illərin dostluğunu gərək qoruyub saxlayasan, o günlərin qədrini-qiymətini gərək biləsən, yaddan çıxarmayasan...
     Hər səhər bir neçə uşaq bir qab götürüb yaxındakı qəsəbəyə süd almağa gedərdik. Cins inəkləri mən onda gördüm. Bizim kənddəkindən fərqli, inəyi buzovsuz sağırdılar...
     ...Qazaxıstanda yay çox isti keçir. Elə gün olur ki, istilik 45-50 dərəcəyəçatır. Aral dənizi bizim evdən çox olsa 200 metr aralı olardı. Hər gün çimirdik. Elə gün olurdu ki, demək olar heç sudan çıxmırdıq. Gecələr istidən gözümüzə yuxu getməyəndə belə çoxumuz sərinliyi elə Aralda tapırdıq. Və sərinləyəndən sonra gəlib yatardıq. Beləliklə hamımız istər-istəməz əməlli-başlıü zgüçü olmuşduq. Qazax rayonunun Şıxlı kəndindən canlı-cüssəli, Aslan adında bir oğlan vardı. O deyirdi ki, – Kür çayı onların evinin yanından keçir. Üzməyi də Kürdə öyrənib. Aslan arxasıüstə, hətta ayaq üstdə üzməyin belə ustasıydı. Aslan ilə dost idim. Mən də üzməyi elə Aslandan öyrəndim...
     Gəmilərin limana rahat yan almasından ötrü dənizin dibinə yol nişanı kimi fənərlər basdırılmışdı, daha doğrusu, həmin fənərlər dirəklərin başına bağlanmışdı. Hər axşam bir nəfər dənizçi qayıqla üzüb fənərləri yandırırdı. Kibrit qutusu da elə fənərin yanında qalardı. Fənərlərin arasındakı məsafə olardı təxminən 100 metr. Aslan üzgü yarışı keçirmək məqsədi ilə tapşırardı ki, hər uşaq bir fənərdən kibrit götürüb gəlsin. Özü də birinin dalıyca üzüb gedərdi. Biz dəüzüb ora çatardıq, fənərin qapağını açıb, içərisindən kibriti götürüb islanmasın deyə yaylıqla başımıza bağlardıq. Sonra da qayıdıb sahilə tərəf üzərdik. Həmişə də bu yarışın qalibi Aslan olardı. Aslan bizə suyun altında gözü açıq üzməyi də öyrətdi. Hətta 3 metr dərinliyə baş vurub siyun altından balıqqulağı çıxarırdıq. Yığdığımız balıqqulaqlarından aşıq-aşıq oynardıq... 
     Avqust ayının axırıçatdı. Uşaqları oxumaq üçün siyahıya aldılar. Mən də II-ci sinfə yazıldım. Dəniz körfəz kimi uzanıb dəmir yoluna can atırdı. Məktəb – körfəzin o biri tərəfində, balaca şəhərdəydi. Məktəbə getmək üçün körfəzin iti ucundan hərlənib getmək lazım gələcəkdi. Arada körfəz olmasaydı, məktəb lap yaxında, iki addımlıqda olardı. Dənizin bu uzanan dili məktəblə bizim düşərgənin arasına girmişdi.
     ...Belə deyirdilər ki, bizim üçün dərslər guya Azərbaycan dilində olmalıdır. Sentyabrın 1-də məktəbə yollandıq, bizi siniflərə ayırdılar. Hamımıza Bakıdan göndərilən kitablar paylandı. Sevincimizin həddi-hüdudu yoxuydu. Birinci gün mən tez-tez kitabın üz qabığına baxıb dəfələrlə “Bakı” sözünü oxuyurdum. Xəyalım bir anlığa Bakıya, ordan da qatarla Şəmkirə (o vaxt Şamxor idi) oxuduğum məktəbə, sonra da doğma kəndimiz Keçiliyə gedib çatırdı. Müəllimin səsi məni tez-tez bu şirin xəyaldan ayırır, gerçəyə qaytarırdı...
     ...Bizim müəllimimiz, daha doğrusu, müəlliməmiz Səmayə Səfikürdski, məktəbin direktoru isə onun qardaşı İdris Səfikürdski idi. Onlar da bizim kimi Goranboy rayonundan sürgünə göndərilmişdi. Səmayə müəllimə uşaqları bir oğlan, bir qız, həm də boya görə oturtdu. Mənim də parta yoldaşım Firəngiz adında arıq, qara bir qız oldu. Müəllimə birinci dərsdə davranış qaydalarından, nizam-intizamdan danışdı. İkinci dərs hesab dərsiydi.
     ...Beləliklə, məktəb həyatı öz axarına qayıtdı. Hacı adlı bir dostum vardı. Günün çoxunu onunla bir yerdə oynayırdıq. Onlar Sərkərdəndilər. Əmiləri Hüseynqulu ilə Qara atamı tanıyırdı. (İndi Hüseynqulu Şəmkir stansiyasında, Hacının ailəsi isə “Dojdavoy” qəsəbəsində yaşayır).
     ...Uşaqların əksəri ilə üzdən bir-birimizi tanıyırdıq. Parta yoldaşım Firəngizi isə birinci dəfəydi gördüyüm. Üstündən bir həftə keçdi, bir-birimizə öyrəşdik. Bir dəfə məktəbdən qayıdanda, Firəngizlə yol yoldaşı oldum. Söhbət eləyə-eləyə evə qayıdırdıq. Ondan soruşdum ki:
     - Sən kimin qızısan?
     - Əbdüləziz bəyin – dedi.
     Tanıdım, mülkləri bizim evin dalındaydı. Firəngizin atası Gəncə bəylərindən idi. Bizə söhbətə gələn Cahangir bəy Rəfibəyovu, Bağmanlı Cabbar bəyi, Sərkərdən Hacının əmisi Hüseynqulunu, Qazaxdan Tahiri, Tovuzdan Şamil Hacıyevi və başqalarınıüzdən tanıyırdım. Firəngizlə söhbətin axşamı atamdan soruşdum:
     - Ata, adamların çoxunun adına niyə bəy deyirlər, bəy nə deməkdi ki?
     Atam qayıtdı ki, – bu nə sualdı?  Dedim, – bizim sinifdə bir qız var, o deyir ki, sizki bəy deyilsiz, sizi bura nə üçün gətiriblər?
     Atam gülüb  dedi:
     - Nə olar, bura elə bir yerdi ki, bura hər cür adamları,  elində-obasında nüfuzu olan, birazda varı-dövləti olanları   gətiriblər. Qonşumuz Hacının əmisi, atası heç
bəy-filan olmayıb, onlar da Sərkərdəndi. Bizim kimi kəndlidirlər. Görürsənmi, buna baxmayıb onları da gətiriblər. Amma, bizim rayonda elə bəylər var ki, onlara quru bəy, ac bəy deyirlər, heç onlar bura sürülməyib...
     O qalan qaldı. Mən o sözün  mənasını sonralar başa düşdüm. Aylar, günlərsə keçməkdəydi...
 
Sürgündə qış...
 
     Nəhayət gəldiyimiz ilin dekabr ayı yetişdi. Birdən-birə soyuqlar düşdü. Hər gün qar yağırdı. Dəniz gözümüzün qabağında dondu. Gəmilər limanda ilişib qaldı, heç yana tərpənmədi. Bir axşam uşaqlar dedi ki, məktəbə kəsə yol açılıb. Soruşanda dedilər ki, körfəzin suyu möhkəm donduğu üçün buzun üstüylə yaxın yol düşüb. Məktəbə 1 saat əvəzinə yarım saata çatmaq mümkündür. Səhər açılan kimi təzə yaranmış yolla getmək üçün uşaqlar bir yerə toplandı. Biz, mən də o cümlədən, məktəbdə ikinci növbə oxumalıydıq. İndidən yolu tanımaq məqsədi ilə dəniz qırağına yüyürüşüb, buzun üstündə kim tərəfindənsə tapdanmış cığırı gördük. Ləpir düz o biri sahilə – şəhərə doğru baş alıb gedirdi. ...Hələ donmuş dənizin üstünə çıxmamış, uşaqların hamısı evlərinə qayıdıb təzə açılan yol barədə valideynlərinə xəbər çatdırdılar. Anam daş atıb başını tutdu. “Yox, qoymaram – dedi, – torpaq yolnan gedən yorulmaz. Buzun üstü başdan-ayağa xatadı.. Əvvəlki yolunuzla gedin. Nəbadə, buz üstə çıxasız...” Mən, – yaxşı, – deyəndən sonra anam xatırcəm oldu...
     ...Uşaqlar bir yerə yığışdı, məslə­hətləşdik. Hamı təzə yola can atırdı. Mən də onlar kimi. Axır ki, buzun üstünə çıxdıq, amma addımlarımızı qorxa-qorxa atırdıq, tez-tez dayanırdıq, uşaqlardan heç kəs qabağa keçmək istəmirdi. Elə bil hamı bərabər addımlayırdı. Bu minvalla qorxa-qorxa da olsa, bir də gördük ki, o biri sahilə çatmışıq.
Sahilə yaxınlaşanda lap ürəkləndik. İndi aramızda dala qalan yoxuydu, hamı qabaqda getmək istəyirdi. Hamımız sevinirdik ki, 4 km uzunluğunda yolumuz yarıba-yarıydı  2 km olub. Axşam yenə evə qayıdan baş buzun üstüylə qayıtdıq. Beləliklə, donmuş dənizin üstü–şəhərə gediş-gəliş yoluna çevrildi. Sonradan camaat gordü ki, addımla getmək nədi, buzun üstüylə hətta traktor gedib-gəlir. Ondan sonra buz yolnan hamı qorxusuz-ürküsüz gedib-gəlməyə başladı.
     ...Bir dəfə məktəbdən evə qayıdanda gördük ki, yolumuzdan bir az aralı qarı kimsə eşələyib. Diqqətlə baxdıq, – qar təmizlənmişdi. Belə məlum olurdu ki, vedrənin ağzı yekəlikdə buz elə bil donub. Uşaqların hansısa oranı təpiyilə döyəclədi, təpik dəyməyi ilə buzun içinə düşdü, nə yaxşı ki, qolları yana açılmaqla buz çalasının qıraqlarına ilişdi. Uşaq qurşağa kimi dənizin içindəydi. Özümüzü yetirib onun qollarından, boynundan yapışdıq, axır ki, sürütləyib sudan çıxartdıq. Gözlərimiz heyrətdən bərələ qaldı. Üst-başından damcılayan su yerə düşənə qədər donur, buzun üstündə noxud kimi diyirlənirdi. Aslan dedi ki, belə getsə biz də
donarıq. Odu ki, burdan evə kimi qaçaq gərək. O cür də elədik. Bir dəstə uşaq evə çatanacan yüyürüşdük. Evdə oğlanın anası paltarlarını soyundurub qarla ovuşdurdu, sonra da əyninə quru paltar geyindirdi.
     Sonradan başa düşdük ki, həmin buz quyularını balıqçılar deşir. Dənizə tilov sallayıb balıq tuturlar. Açılan yer də onca dəqiqədən sonra buz bağlayır. Hər halda özümüzü belə quyulardan qorumağa başladıq...
     ...Qış bərk gəlmişdi. Düşərgədəki ailələrə odun norması paylanırdı – saksaul odunu. Bu odun çatmırdı. Saksaul – bir baxım bizim saqqız ağacına oxşayır. O ərəfədə yaxındakı gəmi tərsanəsinə çoxlu taxta-şalban gətirilirdi. Diribaş cavanlar gecə gözü ordan taxta-şalban oğurlamağı özünə borc bilirdi. Bir gecə evdən xəlvət mən də o böyüklərə qoşulub odun-ocaq dalınca, taxta-şalban oğurluğuna getdim. Yoldaşlarım hərəsi bir şalban götürüb qayıtdılar. Gecə ayaz, ayın aydınlığı idi. Hər kəsin bir-birini gözləməyə hösvələsi hardaydı? Ambarın gözətçisi soyuqdan, küləyin vıyıltısından başını harasa soxmuşdu... Tərsliyə bax, mən hansı şalbanı qaldırıram, gücüm çatmır. Bir başqasından yapışıram – bir ucun qaldırıb çiynimə qoyuram, ağırdı deyə sürütləyə bilmirəm. Beləliklə, yoldaşlarımdan geriyə qaldım. Onlar bəlkə də evə çatmışdılar, mənsə hələ əlləşirdim. Demə, bu vaxtı iki dəstə oğurluğa gəlir, yaxınlaşanda görürlər – bir nəfər əyilib-qalxır. Gələnlər məni gözətçi hesab eləyib əkilirlər. Uzaqda durub baxırlar ki, gözətçi nə vaxt çıxıb gedəcək ki, bunlar arxayın-arxayın “işlərini” görsünlər. Məni gözətçi sayıblarmış. Mən də əldən düşmüşəm. Axırda gücüm çatan xırda bir şalban tapıb evə tərəf sürütləməyə başladım. Şalbanın bir ucunu çiynimə qoymuşdum, o biri ucu yernən sürünürdü, yer donmuşdu deyə asan sürünürdü. Demə, mən onlara yaxınlaşdıqca oğrular dal-dalı qaçırlar. Mən heç fikir vermirəm, başımı aşağı salıb öz şalbanımı sürütləyirəm. Demə o vaxta qədər, mən görməzə-bilməzə bunları qovmuşam ki, onlar da gəlib-gəlib bizim evlərə dirənirlər, birdən baxırlar ki, bu gələn adam da çiynində ağac gətirir... Mən evə çatanda yığışdılar. Diqqətlə baxıb tanıdılar və məni ələ salıb  gülüşdülər. Qara dayı dedi:
     - Ay maşallah, qoçu! Sən bizdən qoçaq çıxdın! Ay zalım, daha bizdə ürək-göbək qoymadın. Elə bildik gözətçisən, arxamızca düşüb gəlirsən. Çiynində şalban görməsəydik, hərə bir tərəfdə gizlənəcəkdi.
     Şalbanı qapıda qoyub içəri girdim. Ayaqlarım, üst-başım qar içindəydi. Atam məni bu halda görüb soruşdu:
     - Haçaqdan hardaydın?
     - Qonşularla oduna getmişdim, ata.
     - Nə odun?
     - Tərsanədən odun gətirdik.
     - Denən, oğurluğa getmişdim də! Sən bunun məhsuliyyətini anlayırmısan?
     Dinmədim.
     - Bir də belə iş tutsan, məndən incimə! 
     - Hamı gedirdi, mən də getdim.
     - Lazım olsa özümə nə gəlib? Axırıncı dəfə olsun. Onun üstündə adamı bilirsən hara göndərəllər?
     - Yaxşı, ata, bir də getmərəm.
     Sonra atam durub şalbanı doğradı. Tez yanıb qurtarsın deyə odundan qonşulara da verdi. Bu, hadisə 1932-ci ilin qışında baş vermişdi.
                                                  
Məktub
 
     ...Azərbaycandan məktub  gələndə toy-bayram olurdu. Bizə gələn məktubu Zeynal oxuyardı. Bizə yenə məktub gəlmişdi. Hamı məktubun başına yığılıb oxudular, çox sevindik. Bizə məktubu qohumlarımız yazırdı. Azərbaycandan məktub gələndə nəinki məktub sahibi, hətta eşidib bilən yaxın-uzaq maraqlanıb soruşurdu: nə yazırlar?...Qohum nə cür olsa, yenə qohumdur, ürəkləri istəyib yazırlar da... Amma, dost-tanış bircə xətt də yazmır. Çoxusu gileylənirdi. Bəzən onlara haqq qazandıran da olurdu – neynəsinlər, heç kəs qorxusundan məktublaşmaq istəmir. Bizi məktubla yada salan, göndərən ancaq Yolçu əmimiydi. Aral dənizindəki adalardan birinə köçürülən əmimdən də tez-tez məktub alırdıq. Bizim üçün əmimin hər məktubu hadisəydi. Əmim adadakı yaşayışı, vəziyyəti və başqalarının həyatından tük ürpərdən əhvalatlar yazırdı. Məktubun birində belə yazılmışdı:-
     - Qardaş vətəndən ayrı düşmək məni o qədərdə mütəəssir etmir. Amma sizdən  ayrılmaq məni yaman sarsıdıb. Nə olaydı heç olmasa sizinlə bir yerdə olaydım. Onda heç bir dərdim olmazdı.
     Bərk şaxtalar düşdü,  hər tərəf qalın qarın altındaydı. Bir axşam atam evə gələndə özüylə tanımadığımız bir xəstə kişini də gətirdi. Anama dedi ki: - “bu kişi Qarabağdandır, ailəsi orda qalıb, özünü sürgünə göndəriblər. Tək yaşayır, azara düşüb, baxanı yoxdur. Yer düzəlt, bizdə yatsın, baxarıq, yazıqdır, bəlkə sağaldı”.
     Anam xəstə kişiyə darısqal mənzildə yer düzəltdi. Atam hardansa həkim tapıb gətirdi. Həkim də xəstəyə baxandan sonra başını bulayıb dedi ki, vəziyyəti heç yaxşı deyil. Görünür, çox xiffət çəkir, çalışın başını birtəhər qatın, çox fikir eləməsin. Həkim kişiyə dərman içirtdi, yenə dava-dərman yazdı. Atam o dərmanları tapıb gətirdi. Kişi dərmanları içmək istəmirdi, qızdırması da aşağı düşmürdü, tez-tez sayıqlayırdı. Evdə qalan oğul-uşağının adlarını bir-bir sadalayır və onları çağırırdı. İyirmi gündən çox xəstə yatdı. Axır günlərində oğlanlarını çağırmağa başladı: “gəl, Aslan, gör atan hansı qərib ölkədəölür. Səmədi, Ceyranı, balaca Peyhanı gətir, son nəfəsdə üzünüzü görüm, məni öz əlinizlə basdırın. Aslan... gəlirsənmi? Gəl başına dönüm, ay oğul, sizsiz can verə bilmirəm...” və s. Yazıq canıynan o qədər çalışdı ki, üç günün tamamında vəfat etdi. Qonşular yığışıb onu basdırdı, evlərinə məktub yazdılar. Kişinin adı Mahmud, ya da Məhəmməd idi.
     1932-ci ilin dekabrı.  Şər qarışanda atam evimizə iki nəfər qonaq gətirdi. Dedi ki, bu kişilər Azərbaycandan təzə gəlib. Birinin adı Həmid, ikincinin adı Cəfər idi. Biri Daşkəsənin Dəstəfur, o birisi isə Qabaqtəpə kəndindən idi. Molla Xəlilin gəlinlərini və nəvələrini Vətənə qaytarmaq üçün sərəncam gətirmişdilər – yəni, icazə sənədi. Onların qaytaracağı ailə isə burda deyildi. Keçən yaz əmimgillə adaya sürülmüşdü. Atam qonaq­lara hər şeyi yerli-yataqlı danışdı:
     - Sizin axtardığınız ailəni adaya köçürüblər. İndi qışdır, dəniz donub, adaya gəmi gedib-gəlmir, aprel-may ayında buz açılan kimi gedib qaytarmaq olar.
     Çox götür-qoydan sonra sabahısı yerli adamlarla məsləhət qərara alındı. Məlum oldu ki, Həmid kişi rus dilini bilmədiyinə görə Cəfəri özüynən dilmanc gətiribmiş. Ertəsi gün yerli camaat da bildirdi ki, hələ buz istənilən qədər bərkiməyib, iyirmi-iyirmi beş gündən sonra buzun üstüynən adaya karvan yolu təşkil ediləcək...
     Cəfər kişi burda qalmayıb Azərbaycana qayıtdı. Həmidsə bizdə qaldı. İyirmi gündən sonra karvan həqiqətən təşkil edildi. Həmid kişi dəəmisi uşaqlarını gətirmək üçün karvanla adaya yola düşdü. Bir aydan çox müddət keçdi. Həmid dayı iki gəlin, beş uşaqla yenə  qayıdıb gəldi. Anam onlarıüç gün evdə saxladı. Paltarlarını yuyub dəyişdilər. Yola hazırlıq başlandı. Həmid dayı atama söylədi:
     - Ay Cəfər, üzünə demək olmasın, mən iki ay ərzində səni hərtərəfli sınaqdan keçirtdim, xasiyyətinə bələd oldum. Çox əliaçıq, mərd, hörmətcil adamsan. Belə yerdə heç kim sənin kimi kişilik eləyə bilməzdi. Təəccüb qalıram, necə olub ki, səni də bu adamlara qatıb sürgün ediblər?
     - Ay Həmid, bax, sənin əmin uşaqlarının təqsiri nə olub? Adam qarışığa düşəndə hər şey olur.
     - Yox, sən qarışdırma. Əmim oğlanları hökumət əleyhinə qaçaq idilər. Özlərini güllələdilər, ailələrini sürdülər. Bir başa iki qapaz olmaz.      Razılıq aldım ki, heç olmasa uşaqları azad olsun. Sağ olsun yaxşı adamlar, yenə insafı itirməyib sözümü eşitdilər, uşaqların canı qurtardı.
     - Ay Həmid, mənim də varıdatım bəhanə oldu. Əslində bir hökumət adamı köhnə düşmənlərimdən idi. Xata da ondan gəldi. Hökumət varımı istəsəydi, özüm könüllü aparıb təhvil verərdim.
     ...Xeyli söhbət etdilər. Səhəri Həmid dayı Molla Xəlilin gəlinlərini və nəvələrini qatara mindirib Azərbaycana yola düşdü. Atam Həmid kişiyə tapşırdı ki, çatan kimi məktub yazsın. Eyni zamanda onu da tapşırdı ki, Gəncədə rahatlanandan sonra bizim evə başçəksin, qohum-qardaşnan görüşsün. Vəziyyətimizi də onlara anlatsın ki, yaxşıyıq. Həmid dayı da çox dil-agız elədi, “borclu borclunun sağlığını istər” –dedi.
     ...Elə də oldu, bir ay keçəndən sonra Həmid dayıdan məktub aldıq. Qohumlarımızla görüşmə­yindən yazırdı. Sonra Həmid dayı başladı biznən müntəzəm məktublaşmağa...
1933-ci il. Aprel
 
     Ayın əvvəlləriydi. Düşərgəmizin komendantı olan Şamil dayının İsmayıl adda mən boyda bir oğlu vardı. Şamil dayıgilnən qonşuyduq. Şamil dayı düşərgə sakinlərini bir yerə yığıb tapşırdı ki, havalar isindiyi üçün dənizin buzu boşalır. Bu gündən etibarən heç kəs dənizin üstünə çıxmasın. Uşaqlarınıza tapşırın ki, məktəbə gedəndə buzun üstüylə yox, əsil yolnan getsinlər.
     O gündən bizim yolumuz yenə uzağa düşdü. Məktəb həyatı davam edirdi. Uşaqlarla dostlaşmışdım. Havalar istilənirdi... Yenə  bir  gün məktəbdən qayıdırdıq. Qabağımızı qazax və rus uşaqları kəsdi. 6 nəfərdilər, bizsə çox idik. Çox olmağımıza baxmayaraq, uşaqlarımızın əksəri balacaydı. Bəziləri də qız uşağı. Nə isə, dalaşmalı olduq. Uşaqların içində Aslan, Hacı və mən – üçümüz nisbətən böyükdük. Yumruq, şillə, kəllə ilə döyüşürdük, mən kəllə vura bilmirdim. Nə isə, xeyli tutaşdıq, vuruşduq, hər iki tərəfdən döyülən, burnu qanayanlar oldu. Bir sözlə biz üstələndik. Axı onlar seçmə oğlanlar idi. Əvvəlcədən hazırlaşmışdılar. Eyni zamanda onlar girli rus uşaqlarını da öz dəstələrinə qoşmuşdu. O dalaşmadan sonra Aslan bizə təlim keçdi. Öyrətdi ki, qolumuzun içində yarım metrlik məftil gəzdirək, cibimizdə də həmişəəl boyda daş olsun. O cür də elədik. 3-4 gün həmin “silahlarla” məktəbə gedib-gəldik. Amma, daha yolumuzu kəsən olmadı. Mən o şeyləri bir qırağa tullayıb, çantama çörək bıçağı qoymuşdum.
     ...Məktəbdəsə kitabları çıxaranda uşaqlar bıçağı görüb müəllimə xəbər verdilər, müəllim də məni ayağa durquzdu. Bıçağı çantadan çıxarıb soruşdu: Bunu neyləyirsən? Dinmədim. Firəngiz keçənki əh­valatı müəllimə danışdı. Müəllim o biri uşaqların da çantalarını axtardı, amma bıçaqdan özgə şey tapmadı. O ki var məni danladı, bıçağı da qaytarmadı. Dərs qurtarandan sonra evə qayıdanda yolda Firəngizin saçından tutub dartdım, qız yıxıldı, palçığa bulaşıb ağladı. Daha dəymədim. Məni bıçaq əhvalatı narahat edirdi. Axşam heç bir şey olmamış kimi oturmuşdum. Bir də gördüm Firəngizin anası gəlib, anama gileylənir və bütün əhvalatı necə varsa ona danışır. Atam da məni o ki, var danladı. Yatdım. Səhər tezdən dedilər ki, komendant səni çağırır, dalağım sancdı. Anam narahatlıq keçirdi. Getdim komendantın idarəsinə. Şəmil dayı Tovuzun Dönük Qırıqlı kəndindəndi. Rusca yaxşı bildiyi üçün bizə komendant təyin olunmuşdu. O da bizlə birlikdə sürgünə gələnlərdən idi.
     - Qoçu, bu bıçaq kimindir?
     Dillənmədim.
     - Məsələ aydındır, dalımca gəl!
     Şəmil dayının ardınca düşüb getdim. Şəmil kişi düşərgədən təxminən yarım kilometr aralanıb, qumsal təpənin üstünəçıxdı. Üzünü mənə tutdu: 
     - Mən qayıdıb gələnə kimi bu təpədə ayaq üstdə durarsan. Ordan baxacağam, əyər otursan, səni gecə də burda saxlayacam.
     - Başüstə, amma, Şəmil dayı, çörək yemə­mişəm, qoy gedim çörək yeyim gəlim.
     - Biz dustağa çörək vermirik.
     - Mən dustağam?
     - Bəli, özü də lap yekəsindən, eşitdin?
     - Eşitdim, Şəmil dayı.
     - Daha mənə dayı demə.
     Bir söz demədim. Susdum. Şəmil kişi dönüb getdi. Gün yavaş-yavaş qalxırdı. Acımışdım. Gözüm ev tərəfdəydi, bəlkə anam çörək gətirə. İnsafsız Şəmil dayı anama tapşırıbmış ki, olmaya uşağa çörək verəsən. Təxminən səhər saat 10 olardı, gördüm Şəmil dayının oğlu İsmayıl yüyürə-yüyürə gəlir. Mənə çatıb dedi ki, səhərdən gözləyirəm atam harasa getsin, axır ki, idarədə başı qarışanda sənə bir qutu peçenyə gətirdim, al ye. Mən getdim.
     İsmayıl qaça-qaça qayıtdı, arxasınca qışqır­dım ki, bacıma denən mənimçün su gətirsin. Xeyli keçdi, gördüm bacım Çiçək budu ha gəlir. Ağlamışdı, bir butulka su gətirmişdi. Dedi ki, Şəmil dayıdan ağlayıb icazə aldım... Suyu içdim, amma susuzluğum yatmadı. Çiçək də getdi, bir yerdə dayanmaq məni bezdirdi. Gəzişməyə başladım. Sonra lap təngə gəldim, – nə vaxtacan günün altında dayanmaq olar?     
     Gün qızırdı, aprel günəşi məni lap əldən saldı. Bir xeyli dözdüm. Sonra yenə susadım. Gələn yoxuydu. Ümidimi ikinci növbə oxuyan uşaqlara bağlamışdım. Çünki məktəbə gedən yol lap yaxından keçirdi. Olsun ki, uşaqlardan mənə su gətirən ola. Dərs vaxtı oldu. Uşaqlar yola düşmək üçün düşərgənin yanına yığışdılar. Mən də uzaqdan baxırdım, gördüm uşaqlarla bərabər Şəmil dayı da  gəlir. Sevindim. Şəmil dayı yaxşı kişi idi. Məni boşladı, kitablarımı da uşaqlara vermişdi ki, mənə çatdırsınlar.
     - Qoçu, bir də beləşey təkrar olunsa səni birbaş həbsxanaya göndərəcəyəm.
     - Bir də eləmərəm, Şəmil dayı.
     - Bala, yaddan çıxarma ki, hec vaxt içtimayi yerdə– toyda-düyündə, xeyirdə-şərdə belə şeyi özünlə gəzdirməyəsən. Başqasını da bədbəxt edərsən, özünü də...
     Uşaqlar uzaqlaşandan sonra mənə getməyə icazə verdi. Mən tək gedirdim, Şəmil dayısa evə qayıtdı. Mən bir az gedib, oynaya-oynaya yol qırağına basdırılmış telefon dirəyinə bir təpik ilişdirdim. Heç nə, uşaq şıltağıdı da...
     Şəmil dayı arxadan baxırmış, evə qayıdanda anamı çağırıb gülə-gülə deyib: Sənin oğlun gördü ki, vurmağa uşaq-zad yoxdur, yüyürüb telefon dirəyinə bir təpik ilişdirib getdi. Axşam evə gələndə evdəkilər məni lağa qoyub cırnatdılar. Hirsimdən ağlamaqdan başqa çarəm nəydi? Hər halda göz yaşları insanı sakitləşdirir, adamı az da olsa toxtadır
Kolxozdan – sovxoza...
 
     Bir gün Şəmil kişi atama dedi ki, əkinçilik sovxozuna əkini yaxşı bilən adam istəyirlər, gedərsənmi? Atam deyir ki, axşam qoy evdə məsləhət­ləşim. Anamla atam götür-qoy elədi, razılaşdılar ki, atam sovxoza getməyinə razılıq versin. Bu söhbəti qonşumuz  Seyid Bağır da eşidib maraqlandı. Atam dedi ki, hardasa, uzaqda əkinçilik sovxozu var. Dirriyində soğan, pomidor yetişir. İstəyirəm gedəm orda işləyəm. Bəlkə ora burdan yaxşı oldu.
     Seyid Bağır da atamdan xahiş elədi ki, onu da yazdırsın –üzümüz bir-birimizə öyrəşib, mən də gedərəm sənnən... Təxminən bir həftədən sonra bizi təzə iş yerinə köçürmək üçün qatara doldurdular. 50-yə qədər ev olardı, bizi Aral dənizi sahilindən cənuba doğru gətirdilər. Bir sutka yol gedəndən sonra Beqbaul deyilən vağzalda düşürdülər. Qabağımıza maşın gəldi. Bizi maşına yığıb Sır-Dərya ovalığının hansısa sovxozuna gətirdilər. Gələnlər qazma evlərdə yerbəyer oldu. May ayı idi. Amma burda məktəb yox idi. Dostlardan-yoldaşlardan ayrılmış­dım. Sovxoz tərəvəzçilik sovxozu olduğu üçün burda po­midor, sarı kök, soğan, lobya, turp, qarpız, yemiş, xiyarəkilirdi. İş qabiliyyəti olan, fərqi yoxdu, – kişi-qadın, – hamısını işə cəlb etdilər. Könüllü olaraq uşaqlar da tarlada çalışa bilərdi. 
     ...Mən də qeyri uşaqlar kimi sovxozda işə qəbul olundum. Sovxozun əkin sahəsi lap evlərin yanından başlayırdı. Qapıdan keçən kimi adamın gözü qarşısında yaşıl, azman bir sahə açılırdı. Ucu-bucağı görünməyən yaşıllıq içində hər cürə tərəvəz yetişdirilirdi. Azərbaycandan çıxandan bəri gözüm heç yaşıllığa baxmamışdı. Gördüyüm bu yaşıllıq mənə ləzzət verir, sevindiyimdən çiçəyim çırtlayırdı. Uşaqlarla yerdən kök, turp, soğan çıxarıb kisələrə, yeşiklərə doldururduq. Uşaqlar işə alışmadığı üçün bir də görürdün səmti dəyişik salıb başqa tərəfə gedirdik. Nə cür istəsək, necə xoşumuza gəldi elə də eləyirdik. Briqadir bizi çağırıb, öyüd, nəsihət verir, işin qaydalarını başa salırdı. Bir gün də azıb sahənin o biri başına çatanda pomidor gördük, tək-tək qızar­ırdı. Mən pomidor tanımırdım axı... Birinci dəfə orda gördüm, yeməli olduğunu da orda öyrəndim. Bir günorta məxsusən pomidor dalınca getdik, heç bilmirdik ki, duza batırıb yeyəndə daha dadlı olur. Şit-şit o qədər yedik ki, ürəyimiz bulandı. Fəhlələri səhər işə, günorta fasiləyə, axşam işdən qayıtmağa işarə olaraq dar­vazanın yanındakı hündür təpəyə qırmızı bayraq sancırdılar...
     Yavaş-yavaş işə öyrəşdik. Fasiləyə az qalmış tez-tez bu təpəyə sarı baxırdıq ki, görək bayraq ordadımı? Bir gün nahara evə gələndə ciblərimi köknən, xiyarnan doldurdum. Darvazadan çıxanda gözətçi ciblərimin hamısını boşaltdı. 2 xiyar, 8 dənə kök olardı. Məni birbaş sovxoz direktorunun yanına apardılar. Direktor cəza olaraq həmin o bayraq sancılan təpənin üstündə axşama kimi dustaq kimi dayanmağımı tapşırdı. Nəzarətçi də məni gətirib təpənin üstünə çıxartdı. Ətrafıma dairəvi cızıq çəkdi və dedi: